©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

اللؤلؤ والمرجان فيما اتفق عليه الشيخان المؤلف : محمد فؤاد بن عبد الباقي بن صالح بن محمد Əl-Lulu Vəl Mərcan - səhifə 71

Zəngulə

- iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs. Digər hədisdə Müaviyə İbn Qurra  bu hədisi rəvayət etdikdə Şöbə ondan soruşmuşdur ki: “Abdullah İbn Müğəffəl  zənguləni necə vurardı?”. Müaviyə də bunu səsləndirib demişdir: “ə-ə-ə” üç kərə.” Səhih Buxari 7540, Alimlər Peyğəmbərin  Quran oxuyarkən əsla zəngulə vurmadığını, bu hədisdə isə, dəvənin üstündə olduğundan avazla oxuduğu ayələrin bu cür səsləndiyini demişlər.

41

Buas –

Mədinənin yaxınlığında olan yer adıdır. Həmin yerdə Ovs və Xəzrəc qəbilələri arasında dö­yüş olmuş və bu döyüşdə ovslular qələbə qazanmışlar.

42

Saibə -

ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi dəvə. Bütpərəstlər onu sərbəst buraxır, onu min­mir, onunla yük daşımır, yununu qırxmır və südünü də ancaq qonağa verərdilər. Bu pis adəti isə ərəblər arasında ilk dəfə Amr İbn Lühey dəb salmışdir.

43 Bir övqiyə 40 dirhəmə bərabərdir. Demək, 5 övqiyə 200 dirhəmə bərabərdir. O dövrün 1 dirhəmi 0,7 misqala, 200 dirhəmi 140 misqala – bu da 595 qram gümüşə bərabərdir. Qızıla gəlincə, onun miqdarı iyirmi dinar və bundan artıq olduqda onun qırxda bir hissəsi və ya 2,5 % zəkat verilməlidir. O dövrün 1 dinarı 4,25 misqala, 20 dinarı 85 qram gızıla bərabərdir. “Şərh Zadul Müstəğna” 6/103-104.

44 Bir vəsq 60 saaya, bir saa isə 2,40 kiloqrama buğdaya bərabərdir. “Şərh Zadul Müstəğna” 6/104, Demək, 5 vəsq 300 saaya, bu da 720 kiloqrama buğdaya bərabərdir.

45 Burada Peyğəmbərin  Allahla yanaşı özünü də xatırlatması ona görə idi ki, o, İbn Cəmilin İslam dininə daxil olmasına səbəbkar olmuş və elə bu səbəbdən də ibn Cəmil Allahın izni ilə var­lanmışdır.

46

Vəqf –

mal və mülkü Allah yolunda dini məqsədlər üçün ayırıb təxsis etmək deməkdir.

47

Saa –

ölçü vahididir və dörd mudda bərabərdir. Bir mudd isə insanın iki ovucuna bərabərdir ki, bu da yeddi yüz qrama bərabərdir. “Səmərul Müstətab” 1/28.

48 Burada cübbənin ətəyinin yerlə sürünməsi və sahibinin günahlarını ört-basdır etməsi nəzərdə tutulur.

49 İmam Əhməd 8/51.

50 Əbva Mədinənin cənub-qərbində, Məkkə yolunun üstündə yerləşən şəhərdir. Vəddan isə Əbvanın yaxınlığındakı bir yerdir.

51 İslamaqədərki dövrdə bəzi ərəb qəbilələri, o cümlədən də qureyş qəbiləsi “əhməsi” – yəni ima­nında və əqidəsində səmimi olanlardan sayılırdılar. Onların əqidəsinə görə, Ərəfatda durmaq vacib sayılmırdı.

52 Hədisin izahında deyilir ki, burada “bəziləri” deyildikdə Ömər  və Osman  nəzərdə tutulur. Belə ki, onlar “təməttu” həccini Sünnədən hesab etmirdilər deyə, camaata “qiran” həccini yerinə yetirməyi məsləhət bilirdilər.

53 Bunu ona görə edirdilər ki, uzun saçlar ziyarət edən adama maneə olmasın, habelə onu bit, birə, taxtabiti, gənə və başqa bu kimi həşəratlardan qorusun.

54 Söhbət məkkəlilərin karvanlarına edilən basqından gedir.

55 Hazırkı gündə həmin yerə yaşıl işıqlardan nişanlar qoyulmuşdur ki, hacılar Səfa və Mərvəni səy edərkən o yerdən qaça-qaça keçsinlər.

56 Divar deyildikdə Kəbənin yanında yerləşən yarımdairəvi şəkilli, hündür olmayan divar nəzər­də tutulur.

57 Bu hədisin əvvəli belədir: Peyğəmbər  buyurdu: «Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» Peyğəmbər  susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər: «Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı…».

58 Bu adam bir zamanlar İslam dinini qəbul etmiş, sonra da Peyğəmbər  onu ənsardan olan iki əshabə ilə birlikdə zəkat yığmağa göndərmişdir. Lakin o, naxələflik edib əshabəni öldürmüş və dinindən dönərək küfrə qayıtmışdır. Bundan əlavə onun oxuyan iki kənizi var imiş ki, bu kənizlər öz mahnıları ilə Peyğəm­bəri  ələ sa­lırlarmış. Elə bu səbəbdən də Peyğəmbər  onu və onun kənizlərini öldürməyi əmr etmişdir.

59

Siğə -

müvəqqəti nikah. İslamaqədərki dövrdə bu nikah növü ərəblər arasında yayılmışdı. La­kin hədisdən göründüyü kimi Peyğəmbər  bunu haram buyurmuşdur.

60

Şiğar -

Bu, İslamaqədərki dövrdə Ərəbistanda yayılmış batil nikah növüdür. Bu nikahda iki kişi öz qızlarını bir-birinə qoyduqları şərtə əsasən, mehrsiz ərə verirlər. Şərt isə belədir ki, onlardan biri digərinə: “Mən sə­nə öz qızımı ərə verirəm, bir şərtlə ki, sən də mənə öz qızını verəsən” və ya “Mən sənə öz bacımı ərə verirəm, bir şərtlə ki, sən də mənə öz bacını verəsən” və s. Bütün bunlar İslam dini gəldikdən sonra qadağan edilmişdir

61 Deyikli: uşaqlıqdan adaxlanmış qız ya oğlan.

62 Xeybər fəth edilənə qədər Səfiyyə  Nədir qəbiləsinin başçılarından birinin – Kinanə İbn Əbu Hukeykin həyat yoldaşı olmuşdu.

63 Əzl etmək, əslində, işdən, vəzifədən götürmək, çıxarmaq deməkdir. Lakin hədisdə əzl etmək deyil­dikdə, cinsi əlaqə əsnasında kişi toxumalarının bilərəkdən qadının rəhminə düşməsinin qarşısını almaq nəzərdə tutulur. Əshabələr belə etmək istəyirdilər ki, kənizlər onlardan hamilə qal­masınlar.

64 Zahiri görünüşdən bir adamın başqa birisinə doğma və ya qohum olduğunu təyin etməyi bacaran adam.

65 Vaxtı ilə Allah İsrail oğullarına buyurmuşdur ki, yemək hazırladıqda ancaq təzə ətdən istifadə etsinlər. Lakin onlar buna məhəl qoymayıb əti saxlamağa başladılar.

66 Bəşəriyyətin anası sayılan Həvva Cənnətdə ikən Adəmi dilə tutub onu qadağan olmuş ağacın meyvəsindən dərməyə təşviq etmiş, beləliklə də, ona xəyanət etmişdir.

67 Burada Urfut ağacının gövdəsindən axan yapışqanabənzər yarımşəffaf qatı maye qəsd edilir.

68 “Burada “kustu əzfar” deyildikdə buxur nəzərdə tutulur. Buxur, yandırıldıqda ətir saçan qatrandır.

69 Əgər bir adamın şərikli köləsi varsa və bu köləni azad etmək istəyirsə, onda həmin adam öz payına düşən hissəni azad etməklə yanaşı digər yarısına görə öz malından götürüb şərikinin haqqını ödəməlidir. Yəni şəriki ilə birlikdə köləni qiymətləndirməli və dəyərin yarısını şərikinə ödəməlidir ki, köləni azad edə bilsin. Pulu olmadığı təqdirdə isə köləni gücü çatdığı işlərdə işlədib əvəzində aldığı pulu şərikinə ödə­məklə onu tam şəkildə azad etməlidir.

70 Peyğəmbər  kəndlərdən və ya başqa məmləkətlərdən şəhərə mal gətirən kəndliləri və tacirləri şəhərin kənarında qarşılamağı ona görə qadağan etmişdir ki, yerli sakinlər onları aldatmasın. Çünki fırıldaqçı və möhtəkir alverçilər onların bazar qiymətlərindən xəbərsiz olduğundan istifadə edərək malın hamısını ucuz qiymətə onlardan alıb bazar əhlinə istədikləri baha qiymətə satırdılar.

71 Ticarət işlərində müəyyən faiz almaq şərtilə vasitəçilik etmək.

72 Ərəbcə buna “əriyyə” və ya “əraya” deyilir. Gəlin mübadilənin bu növünü daha yaxşı başa düşmək üçün alimlərdən birinin çəkdiyi məsələ nəzər salaq. Alim demişdir: “Deyək ki, bir adamın keçən ildən qalmış qurudulmuş xurmaları var, özünün də təzə xurma almağa bir dirhəm də olsun belə pulu yoxdur və bu adam hamı kimi təzə xurmadan dadmaq istəyir. Belə olduğu halda şəriət ona, novbar meyvəyə tamarzı qalmasın deyə quru xurma verib əvəzində təzə xurma almağa rüsxət vermişdir ki, buna da “əraya” deyilir. Özündə qurudulmuş xurmalardan başqa bir şeyi olmayan həmin kasıb adam xurma bağına gəlib quru xurmalarla ağacdakı təzə xurmaları dəyişdirə bilər. Lakin qeyd etmək lazımdır ki, bütün bunlar ancaq aşağıdakı şərtlər olduğu təqdirdə tətbiq oluna bilər: – mübadilə etmək istəyən kasıb adamın təzə xurma almaq üçün özündə olan quru xurmalardan başqa əlində heç bir vəsaiti olmasın – mübadilə olunan xurmaların çəkisi beş vəsqdən artıq olmasın (bir vəsq 60 saaya, bir saa isə 2,40 kiloqrama bərabərdir “Şərh Zadul Müstəğna” 6/104) – xurmalardan başı çıxan mahir bir bağban çağırtdırıb mübadilə olunan təzə xurmaların quruduqdan sonra təxminən neçə saa olacağını təyin etmək – kasıbın, həqiqətən də, təzə xurmaya ehtiyacı olsun və bununla başqa məqsəd güdməsin – təzə xurmalar ağacdan dərilməmiş olsun”. “Zadul Müstəqna 8/408.

73 İcarəyə götürülmüş torpaqdan yığılan məhsulun bir hissəsini icarə haqqı olaraq torpaq sahibinə vermək.

74

Teyma –

Ərəb yarımadasının şimalında yerləşən ərazi; Əriyha – Şam şəhərlərindən biri.

75 Bu o deməkdir ki, əgər su quyusunun ətrafında otlaq varsa və orada bu quyudan başqa heç bir qu­yu yoxdursa, quyu sahibi orada otlayan qoyunların su içməsinə mane olmamalıdır. Çünki əgər qoyunlar doyunca otladıqdan sonra su içməsələr, otlamağa davam edə bilməyəcək və belə olduğu təqdirdə çoban­lar məcbur qalıb başqa su hövzələri axtaracaqlar. Buradan da belə nəticə çıxır ki, onların su içməsinə mane ol­maq, elə onların otlaqda otlamasına mane olmaq deməkdir. Bunu etmək isə qadağandır.

76 Müalicə məqsədilə baş, kürək və bədənin başqa nahiyələrindən qan almaq üçün işlədilən buynuz­şəkilli alət.

77 Az verib çox almayın, yaxud əksinə, çox verib az almayın.

78 Bununla Peyğəmbər  qızılın və gümüşün nisyə olaraq alınmasını və ya satılmasını qadağan etmiş­dir. Bu mübadilə yalnız əlbəəl olmalıdır.

79 Qeyd etmək lazımdır ki, burada dinar və dirhəm deyildikdə, bunların dəyərindən başqa çəkisi də nəzərdə tutulur. Yəni həmin çəkidə olan malları dəyişdirmək olar.

80 Bu ancaq eyni cinsdən olan malların mübadiləsinə aiddir.

81 Bax: “ən-Nisa” surəsi, 11, 12 və 176.

82 Bu, islamaqədərki dövrdə ərəblər arasında yayılmış hədiyyə üslubudur. “Umra” belə idi ki, bir nəfər başqa birisinə ömürlük olaraq bir mülkü hədiyyə edərdi və əgər bu adam ölürdüsə, hədiyyə yenidən sahibinə qaytarılırdı. “Ruqbə” də belə idi ki, bir nəfər başqa birisinə hədiyyə etmək istədikdə deyərdi: “Mən bu evi sənə ömürlük hədiyyə edirəm. Əgər mən birinci ölsəm, ev sənin olsun, yox əgər sən məndən əvvəl ölsən, ev yenidən mənim olacaq.” Tərəflərdən hər biri digərinin ölümünü gözlədiyinə görə bu növ hədiyyə qadağan edilmişdir.

83 Burada Peyğəmbər  Allaha dua edir ki, əshabələrini Məkkədə sakin etməyib sağ-salamat Mədinəyə qaytarsın.

84 Yəni yazdırmaq üçün.

85 Yəni qəlbindəki iman möhkəmləndikcə bu məhəbbət də artacaq və axırda o nifrətdən əsər-əlamət qalmayacaqdır.

86 Peyğəmbər  buyurdu: “Mənimlə ümmətimin məsəli od qaladıqdan sonra həşəratları və pərvanələri həmin oddan uzaqlaşdı­ran kimsənin məsəlinə bənzəyir. Mən sizin qurşağınızdan tutub kənara çəkirəm, siz isə özünüzü oda atırsınız”. Muslim.

87 Çaydan, arxdan və s.-dən su götürülən, habelə mal-qaranın su içdikləri dayaz yer.

88 Bununla şəriət müsəlman əmirlərinə məsləhət bildikləri yerlərdə sərhəd çəkməyə izn vermişdir.

89 Muhəmməd peyğəmbərə  qədər gəlib getmiş peyğəmbərlər döyüşlərdə qənimət ələ keçirdikdə onu bir yerə toplayar, sonra da Allah göydən od nazil edib həmin qənimətləri yandırardı. Bu da onu bildirərdi ki, artıq onların Allah yolunda verdiyi qurbanlar qəbul edilmiş və qənimətlərdən heç bir şey mənimsə­nilməmişdir. Onu da qeyd etmək lazımdır ki, qənimətlərə yiyələnmək ancaq Muhəmməd  ümmətinə məxsus edilmişdir.

90

Hudeybiyyə –

Məkkənin 16 kilometrliyində Ciddəyə gedən yolda yerləşən yer. Hicri tarixin 6-cı ilində ora­da Muhəmməd Peyğəmbərlə  müsəl­manları şəhərə buraxmayan və onları ümrə ziyarəti etməyə qoymayan məkkəlilər arasında sülh müqaviləsi bağlanmışdı.

91

İliya –

Qüds.

92 Dihya İbn Xəlifə əl-Kəlbi  əshabədir.

93 Mədinə ilə Dəməşq arasında yerləşən şəhərdir. Hal-hazırda Suriyanın ərazisində yerləşir.

94 Adı Haris İbn Əbu Şəmr əl-Ğəssanidir.

95 Bu, o zamanlar hələ İslam dinini qəbul etməmiş Adiy ibn Hatim  idi.

96 Burada Əbu Süfyan  Peyğəmbəri  qəsd edir. Əbu Kəbşə Peyğəmbərin  baba­larından birinin adıdır.

97 Ərəblər rumluları belə çağırardılar.

98 Ərəbcə bostan gözətçisi deməkdir.

99 Müsəlmanlarda və yəhudilərdə yetkinlik yaşına çatmamış oğlan uşaqlarının kişilik əzasının dəri his­sə­sinin kəsil­mə­sindən ibarət əməliyyat.

100 Hazırda Suriyanın ərazisində yerləşir.

101 Söhbət məkkəlilərin karvanlarına edilən basqından gedir.

102 Nəvəvi demişdir: “Bu, ibrətamiz bir məsəldir. Belə ki, möminin təkliyə çəkilib (Allaha ibadət et­məklə məşğul olub heç nəyə və heç kəsə qarışmamağı), “dağ dərəsində” – insanlardan uzaq düşmüş bir ada­mın halına bənzəyir.” İbn Həcər demişdir: “Bu hədis təkliyə çəkilməyin fəzilətinə dəlalət edir. Çünki be­lə olduqda adam qeybətdən, boşboğazlıqdan və başqa bu kimi bihudə işlərdən uzaq olur. Lakin qeyd et­mək lazımdır ki, – müsəlmanlar arasına fitnə düşdüyü vaxt istisna olmaqla – heç bir zamanda və heç bir hal­da camaatdan ayrılmaq olmaz.”

103

Hicrət

tərk etmək deməkdir. Küfr ölkəsindən İslam yurduna köçmək. Həmçinin Allahın qadağalarını tərk etmək-də hicrət adlanır.

104 Zopa ilə vurulub öldürülən heyvana vəqiz deyilir. Belə heyvanın ətini yemək haram buyurulmuşdur. Uca Allah buyurur:

“Leş, qan, donuz əti, Allahdan başqa­sının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyil­miş, – ölməmiş kəsdikləriniz istisnadır, dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi...” “əl-Maidə” 3.



105 Bu heyət Hudeybiyyə sülhündən sonra Məkkə fəthindən bir az əvvəl Peyğəmbər  yanına gəlmişlər. Heyətin böyüyü Munziru İbn Aiz əl-Əsəri idi. Munzirin üzündə qılınc və ya bıçaq izi olduğu üçün Peyğəmbər  onu əl-Əşəcc diyə ləqəbləndirmişdir. Bundan sonra o, kimsə AbdulQays Əşəcci ləqəbi ilə şöhrət tapmışdır. Heyəti sayı barəsində bir çox rəqəmlər vardır. 14, 40, 50 nəfərə qədər olduğu da söylənilir.

106

Haram Aylar –

«Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır. Bu doğru dindir. Ona görə də həmən aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!». (ət-Tövbə 36).

Bu aylarda döyüşlər etmək, hücum etmək, ozünə zülm etmək qadağan edilmişdir. Məhz buna görə də bu ayları haram aylar adlandırırlar.

107 Bu adları çəkilən dörd kəlimə o, qövmün içərisində şərab düzəltdikləri qabların adlarıdır.

Dubba –

içi ovulmuş balqabaqdır,

Hantəm –

saxsıdan düzəldilmiş qabdır,

Nakir –

içi ovulmuş ağac parçasıdır ki, içərisinə kiçik xurmalardan atır. Sonra içərisinə su tökərdilər. Bir müddətdən sonra onu şərab olaraq alırdılar.

Muqayyər –

qır sürtülən qabdır. Buxari, Müslim.

108

Kitrə -

bəzi ağac və kol bitkilərinin gövdələrindən axan yapışqanabənzər yarımşəffaf qatı maye.

109

Suffə –

Peyğəmbər  məscidinin içində, üstü talvarla örtülmüş bir yerdir. Mədinədə ev-eşiyi və mal-mül­kü olmayan əshabələr burada qalırdılar. Bu səbəbdən də onlara süffə əhli deyirdilər.

110 Ömərin  dediyinə görə paltarın üstündə iki barmaq yoğunluğunda ipək zolaq olarsa, həmin paltarı geyinmək olar.

111

Günü -

birinci arvadın üstünə alınan ikinci, üçüncü və ya dördüncü arvad.

112 Birisi bir başqasından borca iki qiymətli paltar alıb geyir ki, zahiri görünüşü ilə insanları aldadıb onları inandıra bilsin.

113 Qapını döyən adamdan onun kim olduğu soruşularsa, o, müəmmalı şəkildə cavab verməməli və kim olduğunu hökmən bildirməlidir.

114

Xonsa -

deyildikdə, ya özündə hər iki cinsin əlamətləri olan və qadına meyl salmayan arvadsifət kişi, ya da fasiqlər tərəfindən axtalanmış kişi nəzərdə tutulur. “Avnul Məbud” 9/143.

115 Yəni xəstəlik bir adamdan başqa birisinə öz təsiri ilə yox, yalnız və yalnız Allahın izni ilə keçə bilər.

116 İnsanların bəd əlamət və uğursuzluq hesab etdiyi bir hadisə nəticəsində Allahın əzəldən yazdığı qəzavü-qədərin dəyişəcəyini etiqad etmək qadağandır. Bütün bunlar cahiliyyə dövründən qalma batil fərziyyələrdir.

117 Bayquş görməyi bəd əlamət hesab etmək, onun qonduğu yerə və o ərazidə olanların başına müsibət gələcəyini iddia etmək qadağandır.

118 Səfər ayında evlənməzdilər. Bunu uğursuzluqdan sayardılar.

119 Təbərinin təfsirində hədisin əvvəli səhih isnadla belə rəvayət edilmişdir: “Cahiliyyət dövründə insan­lar: “Bizi, gecə və gündüz həlak edir! Bizi həlak edən də, öldürən də, dirildən də odur!”– deyərdilər.” Allah da Öz kitabında belə buyurdu: “Onlar dedilər:

“Həyat ancaq bizim dünya həyatımızdır. Kimi­miz ölür, kimimiz də doğu­lur. Bizi öldürən ancaq za­mandır.”

Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar”– onlar dəhri (yəni zamanı) söyürlər......”

120 İbn Teymiyyə demişdir: “Dəhr zamandır. Hər kəs zamanı söyərkən, müsibəti onun ba­şına gəti­rəni qəsd edir və beləliklə, bu söyüşü Allaha aid edir. Çünki hə­qi­qətdə bu müsibəti onun başına gətirən Allahdır. Deməli: “Dəhr Allahdır”– dedikdə, dəhrə aid etdiyi hər bir şeyin Allaha aidliyi qəsd edilir.” “Sarimul Məslul” 3/922.

121 Ölmüş körpə uşaqlar haqqında bir cox rəylər var.

1)

Onlar Allahın istəyi altındadırlar.

2)

Onlar hamısı Cənnətlikdirlər

. 3)

Ataları haraya düşəcəksə onlar da oraya düşəcəklər.

4)

Torpağa çevriləcəklər.

5)

Cənnət ilə Cəhənnəm arasında bir yerdə olacaqlar.

6)

Müşriklərin uşaqları Cənnət əhlinə xidmət edəcəkdir.

7)

Bu məsələni araşdıranda susmaq lazımdır.

8)

Araşdırmamış susmaq lazımdır.

9)

Hamısı Cəhənnəmdədir.

10)

Allah onları imtanhan edəcəkdir. Ən doğru olanı

1

-ci və

10

-cu rəylərdir.

122 Burada söhbət Peyğəmbərlə  sülh müqaviləsi bağlamış Yuhanna ibn Robədən gedir.

123 Belə ki, mədəndən faydalı qazıntılar çıxdığı kimi, zərərlisi də çıxa bilər.

124

Lut dedi: “Kaş ki, sizə ça­tan bir qüvvəm olaydı, yaxud möh­kəm bir da­yağa söykə­nəydim!”. (Hud 80).



125 Əbu Hureyra  Həcəri qəsd etmişdir.

126 Çox güman ki, Əbu Hureyra  bu sözlə qoyunlarını səhralardakı yağış suyu ilə suvaran ərəb­ləri qəsd etmişdir. Bəzi şərhçilər isə “səmavi suyun” Zəm-zəm olduğunu söyləmişlər. “Fəthul-Bari” 10/141.

127 Musa onun mələk olduğunu bilmirdi, çünki mələk onun yanına insan qiyafəsində gəlmiş və icazəsiz onun yanına daxil olmuşdu.

128 Əbu Musa  qardaşını qəsd edirdi.

129 İmam Əhmədin “Müsnəd” əsərində hədisin axırında deyilir ki, “...qəzəbdən Peyğəmbərin  üzü dəyişdi”.

130 Qadın bu məsəllə ərinin tamahkar, dikbaş və qanacaqsız adam olduğunu demək istəmişdir.

131 Qırmızı dənizin şərq sahili boyu olan ərazidir.

132 Qadın bu sözlə ərinin gözəl olduğunu bildirmək istəyir.

133 Burada qadın ərinin acgöz və qarınqulu, həm də ona qarşı çox diqqətsiz olduğunu bildirmək istəyir.

134 Malik bu dəvələri ağıllarda saxlayardı ki, gələn qonaq-qaravaşa onların südündən və ətindən verə bilsin.

135 Belə ki, ərəblər qonağı qarşıladıqda ud çalar, dəvələr də kəsiləcəklərini hiss edərdilər.

136 Qadın bununla oğlanın olduqca nərmənazik olduğunu bildirmişdir.

137 Qadının yanları yekə olduğundan o yerə uzandıqda beli yuxarı qalxmış və uşaqlar əllərindəki narları onun belinin altından o tərəf-bu tərəfə diyirləyirlərmiş. “Fəthul Bari” 9/273.

138 Peyğəmbər  hələ İslamdan əvvəl qızı Zeynəbi Əbul-Asa ərə vermiş və Əbul As  da ona Zeynəbdən  başqa heç kəslə evlənməyəcəyinə dair söz vermişdir.

139 Əbul As  Bədr döyüşündə əsir düşdükdə Peyğəmbər  onu azad etmiş, o da ona Məkkəyə qayıdan kimi Zeynəbi  Mədinəyə göndərəcəyinə vəd vermiş və vədini yerinə yetirmişdir.

140 Aişə  Peyğəmbərin  zövcəsi həm də möminlərin anası olduğu üçün belə deyir.

141 Burada Həssan Peyğəmbərin  dədə-babalarının adını çəkməyəcəyini, onları təhqir etməyə­cəyini bildirmişdir.

142 Burada söhbət müşrik qəbilələrin öz məkrli məqsədlərini həyata keçirmək məqsədilə aralarında bağladıqları ittifaqdan yox, əksinə, Allahın rizasını qazanmaq məqsədilə mühacirlərlə ənsarın arasında olan qardaşlıq ittifaqından gedir.

143 Onlar çalışacaqlar ki, nəyin bahasına olursa-olsun, öz istəklərinə nail olsunlar. Buna görə də yalandan and içməkdən və şahidlik etməkdən çəkinməyəcəklər.

144

"Ey iman gətirənlər! Bilə-bilə Allaha, Onun Peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin". (əl-Ənfal 27). "Yusif dedi: Bu ona görədir ki, vəzir (evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin". (Yusuf 52).

Useymin  deyir ki: "Xəyanət etmək haramdır. Lakin Hiylə döyüş zamanı icazə verilir". Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: "Müharibə yalandır (hiylədir)". Buxari 3029.

145 Batildən haqqa yönəlib Tək Allaha ibadət etmək.

146 Hədisdə “bu tərəf” deyildikdə onun getdiyi kənd – əməlisaleh insanların yaşadığı yer, “o tərəf” deyildikdə isə yaşadığı və günah işlətdiyi yer nəzərdə tutulur.

147 Xuzeymə İbn Sabit .

148

Zəkvanda

yaşadığı üçün bu ad verilmişdir. Səfvan  Ömərin  xəlifəliyi dövründə hicrətin on yeddinci ilində Ermənistanı fəth edərkən şəhid olmuşdur.

149 Ağacda və başqa bitkilərdə yenicə cücərən göy qabıqlı incə budaqların hər biri; zoğ.

150

Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi. Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!” Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.” (əş-Şəms 11-14).



151 Ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi dəvədir. Bütpərəstlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və südünü də ancaq qonağa verərdilər. Bu batil əqidənin əsasını isə Amr ibn Luhey əl-Xuzai qoymuşdur.

152 Hədisdə qureyşdən olub hakimiyyət davası edən bəzi çılğın adamların atdığı səhv addımlar nəticəsində müsəlman ümmətinin başına gələcək müsibətlər nəzərdə tutulur. Həqiqətən də, Peyğəmbər  dediyi kimi olmuşdur. (Fəthul-Bari)

153 Vaxtı ilə İsrailin özünə dəvə ətini və südünü haram buyurması Peyğəmbərimizi  belə deməyə vadar etmişdir.

154 Əbu Hureyra  bununla demək istəmişdir ki, o, rəvayət etdiyi hədisi Tövratdan yox, məhz Peyğəmbərdən  öyrənmişdir.

155 Yəni, bir işdə başına müsibət gələrsə, ikinci dəfə o işi görməz.


?


----azrbaycanda-feodal.html

----behet-necatgl-1916--.html

----chiesa-in-valmalenco.html

----ekolozhi-2.html

----ekolozhi-7.html