©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

* * * 131 - Kurikulum Redaksiya heyəti


* * *



131


Kurikulum. 2014. №2


DƏRS NÜMUNƏLƏRİ


Riyaziyyat
(2-ci sinif)
Mövzu: 
«Təqvim».
Standart:
4.1.1; 4.2.2;
Məqsəd:
Dərsin sonunda şagird:
1.  Hadisələrin  vaxta  görə  müqayisəsini
aparır və nəticəni şərh edir.
2. Vaxtı saat  və dəqiqə dəqiqliyi ilə təyin
edir.
3. Vaxt aralığını müəyyənləşdirir və şərh -
lər verir.
4. Ayların adlarını və ardıcıllığını sada la yır.
Resurslar:
dərslik, iş dəftəri, işçi vərəqləri,
rəngli karandaşlar, kompyuter, proyektor.
Dərsin  gedişi:
Müəllim  nağıl  danışır  və  kompyuterdə
müəyyən kadrlar göstərir və soruşur:
– Uşaqlar, sizcə münəccim haradan bilir
ki, il bitib?
Uşaqlar, müxtəlif cavablar verirlər: 
– Münəccim hər şeyi qabaqcadan görür və
deyir. 
Müəllim uşaqların cavablarını ümumi ləş -
dirir:
– Uşaqlar biz vaxtı hansı zaman vahid lə -
rindən istifadə edərək ölçürük? 
– Saniyə, dəqiqə, saatla.
– Baxın, saniyə dəqiqə ilə, dəqiqə saatla,
saat günlərlə, günlər həftələrlə, həftələr aylarla,
aylar illərlə tamamlanır. Bunlar hamısı isə  təq -
vimdə toplanır.
– Təqvim bir neçə cür olur.
Müəllim ekranda təqvimə aid nümunələr
göstərir və deyir: Gəlin münəccimə verilən tap -
şırıqları yerinə yetirək ki, şah şənlik ke çir sin.

MARAL MƏMMƏDOVA 


«Zəkalar» liseyinin ibtidai sinif müəllimi 

maral287@mail.ru 


Sən haradan 


bilirsən ki, il


bitib?


Şahım, il bitdi. Siz
söz vermişdiniz ki, il
bitəndə  şənlik
keçirəcəksiniz.

132


Kurikulum. 2014. №2


Maral Məmmədova
Qruplara 3 tapşırıqdan ibarət işçi vərəqləri
paylanır və vaxt verilir.
İş vərəqləri. I qrup
1) Yaz fəslində hansı aylar var? 
2) Bu aylarda olan tarixi günləri təqvimdə
qeyd edin. 
3)  Qrup  üzvlərindən  kimin  ad  günü  yaz
fəs linə düşür? Həmin günü təqvimdə qeyd  edin.
II qrup.
1) Yay fəslində hansı aylar var? 
2) Bu aylarda olan tarixi günləri təqvimdə
qeyd edin. 
3) Qrup üzvlərindən kimin ad günü yay
fəslinə düşür? Həmin günü təqvimdə qeyd  edin. 
III qrup
1) Payız fəslində hansı aylar var? 
2) Bu aylarda olan tarixi günləri təqvimdə
qeyd edin. 
3) Qrup üzvlərindən kimin ad günü payız
fəslinə düşür? Həmin günü təqvimdə qeyd  edin.
IV qrup
1) Qış fəslində hansı aylar var? 
2) Bu aylarda olan tarixi günləri təqvimdə
qeyd edin. 
3)  Qrup  üzvlərindən  kimin  ad  günü  qış
fəslinə düşür? Həmin günü təqvimdə qeyd  edin. 
Cavablar: 
I qrup: – mart, aprel, may.
8  Mart – Qadınlar günü;
20-24 Mart – Novruz bayramı;
31 Mart – Azərbaycanlıların soyqırımı günü;
9 May – Qələbə günü;
28 May – Respublika günü;
II qrup: – iyun, iyul, avqust.
1 İyun – Uşaqların beynəlxalq müdafiəsi
günü;
15 İyun – Milli qurtuluş günü;
26 İyun – Silahlı qüvvələr günü;
1 Avqust – Azərbaycan əlifbası və Azər -
bay can dili günü.
III qrup: – sentyabr, oktyabr, noyabr.
15 Sentyabr – Bilik günü;
21 Sentyabr – Beynəlxalq sülh günü;
5 Oktyabr – Müəllimlər günü;
18 Oktyabr – Dövlət müstəqilliyi günü;
12 Noyabr – Konstitusiya günü;
17 Noyabr – Milli dirçəliş günü.
IV qrup: – dekabr, yanvar, fevral.
31  Dekabr  –  Dünya  azərbaycanlılarının
həm rəyliyi günü;
1-2 Yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq hüzn günü;
21 Fevral – Ana dili günü;
26 Fevral – Xocalı faciəsinin anım günü.
Siniflə birlikdə aşağıdakı məsələləri həll
edirik.
Məsələ 1.

Ərzaq məhsulunun qutusu üzərində ya -
zılmışdır: 
Buraxılış tarixi: 1 mart 2014-cü il.
Son istifadə tarixi: 30 aprel 2014-cü il. 

Bu ərzağın istifadə müddəti neçə aydır?                                                                     
Məsələ 2.
Bu gün aprel ayının 21-dir. Tərlanın 2 ay
əvvəl əkdiyi gül çiçəkləyib. Gülün əkildiyi  ta -
rixi təqvimdə göstər. 
Məsələ 3.
Nofəl bloknotunda noyabr ayı üçün sambo
məşğələlərini – 3, 10, 17, 24,  saat 15:30-u qeyd
yazıb. Təqvimə baxmaqla bu qeyd haq qında
nə deyə bilərsən?
Məsələ 4.

Aprel ayında neçə bazar ertəsi günü var? 

Neçə  bazar  günü  var?  Bu  günlər  ayın
neçəsinə düşür? 
Cavablar:
Məsələ 1. Ərzağın istifadə müddəti 2 aydır.
Məsələ 2. Gülün əkildiyi tarix fevralın 21-dir. 
Məsələ 3. Həftənin I günləri 15:30-a dü şür.
Məsələ 4. 7, 14, 21, 28-i bazar ertəsi, 6, 13,
20, 27-i bazar günləridir.
Siniflə birlikdə aşağıdakı tapşırıqlar yerinə
yetirilir. 
Tapşırıq 1.

Günlərinin sayı 28, 29, 30, 31 olan ay la -
rın adını cədvəlin uyğun xanasına yaz. 

133


Kurikulum. 2014. №2


Dərs nümunələri
Tapşırıq 2.

Aşağıdakı  cədvəli  doldurmaqla  aprel
ayının təqvimini hazırla. 
Nəticə və ümumiləşdirmə.
Təqvim nə üçün lazımdır? 
Müəllim şagirdlərin cavablarını ümumi -
ləş  dirərək qeyd edir ki, təqvimin bizim həya -
tımızda böyük rolu var.
Fəsillər aylarla, insan yaşı illərlə, ərzaq la -
rın  saxlama  müddəti  günlərlə, bəzən  aylarla,
bəzən də  illərlə  ölçülür. Bunları bilməliyik  ki,
aldığınız ərzağın saxlama müddətini, qutuların
üzərində verilmiş tarixlərə baxıb vaxtı keçmiş
ərzaqların istifadəsinin həyat üçün təhlükəli
oldu ğuna diqqət yetirək. 
Biz bu gün nələr öyrəndik? 
–  Vaxtı  keçmiş  ərzaqdan  istifadə  etmək
olmaz. 
– Verilmiş tarixi təqvimdə qeyd etmək. 
– Təqvim üzərində müxtəlif məsələlər həll
etmək. 
– 1 ilin 12 ay olduğunu bilmək. 
– Hadisələrin ardıcıllığını təqvimdə gös -
tər mək. 
– Verilmiş cədvəl üzərində aylıq təqvim
tərtib etmək. 
– 1 ayın 28, 29, 30, 31 gün olduğunu bil -
mək, ayların adlarını və sırasını sadalamaq. 
Beləliklə, tapşırıqları düzgün yerinə yetir -
diyi mizə görə münəccimə kömək etdik. Şah
sö zünə əməl edib şənlik keçirdi. 
B
az
ar
er

si
Ç
ər
şə
nb
ə
ax
şa
m
ı
Ç
ər
şə
nb
ə
C
üm
ə
ax
şa
m
ı
C
üm
ə
Ş
ən

B
az
ar
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

* * *


28-29
30
31
Fevral
Aprel
Yanvar
İyun
Mart
Sentyabr
May
Noyabr
İyul
Avqust
Dekabr
Riyaziyyat
(4-cü sinif)
Mövzu:
«Vurma əməlinin xassələri».
Məzmun standartı:
1.2.1. Hesab əməllərinin xassələrini şərh edir.
1.2.2. Hesab əməllərinin xassələrindən he -
sablamalarda istifadə edir.
1.2.3. Məsələlərin həllində hesab əməlləri
arasındakı əlaqələrdən istifadə edir.
Məqsəd:
– Vurma əməlinin yerdəyişmə və qrup laş -
dırma xassələrini əyani vəsaitlərin köməyi ilə
modelləşdirir.
– Vurma əməlinin yerdəyişmə və qrup laş -

SURƏ CƏBRAYILOVA


İsmayıllı rayon Talıstan kənd tam orta məktəbin ibtidai sinif müəllimi

134


Kurikulum. 2014. №2


Surə Cəbrayılova
dırma xassəsini ifadə edən modelləri riyazi şə -
kildə ifadə edir.
–  Hesablamalar  zamanı  yerdəyişmə  və
qruplaşdırma xassələrindən istifadə edir.
Dərsin gedişi:
Moni tor da bir neçə riyazi işarəlar və rə -
qəm lər  göstərirəm.                        
3,   =                       6,  30,
+,    4                      x,  =,    5
7
Müəllim: Gördükləriniz haqqında nə deyə
bilərsiniz?
Şagirdlər: Toplama əməli 3+4=7, vurma
əməli 6x5=30
Müəllim: Onda «toplama» və «vurma» əməl -
lərinin qaydasını yada salaq.
Şagirdlər: «Toplananların yerini dəyişən -
də cəm dəyişmir». «Vuruqların yerini dəyişən -
də hasil dəyişmir».
Müəllim: Vurma və toplamanın oxşarlığı
nə dir?
Şagirdlər: Bu əməllərdə rəqəmlər yerini
dəyişsə də, cavabları dəyişmir.
Müəllim: Kim misal deyər və lövhədə ya zar?
Şagirdlər: 8+3=11 və ya 3+8=11
3x2=6  və ya  2x3=6
Sual:
«5», «8», «120», «3», «=», «x», «x»
bir  sırada  bu  rəqəm  və  riyazi  işa rə lərdən
istifadə  edərək  neçə  misal  yaza  bilər siniz?
Onlar iş vərəqlərində 3 cür nümunə ya zırlar və
göstərirlər.
1. 5x8x3=120
2. 8x5x3=120
3. 3x5x8=120
Müəllim: Vurma cədvəlindən bir neçə mi -
sal söyləyirəm (2x3, 4x6, 5x7) sonra vuruqla -
rın yerini dəyişirəm (3x2, 6x4, 7x5).
Şagirdlər iş vərəqlərində nümunə yazıb,
«Vuruqlar yerini dəyişdilər, lakin hasil dəyiş -
mə di» söylədilər. 
Monitorda qruplaşdırma xassəsinə aid mi -
sal göstərirəm. 7 şagirddən istifadə edib əllə -
ri  nə yazılmış vərəq verirəm.
1. (2x3)x4=6x4=24
2. (2x4)x3=8x3=24
3. 2x(3x4)=2x12=24
I mərhələ:
Əlində 2 və 3 tutan şagirdləri yanaşı, əlin -
də 4 tutan şagirdi isə aralı saxlayıram.
II mərhələ:
2 və 4 tutan şagirdi yanaşı, əlində 3 tutan
şagirdi isə aralı saxlayıram.
III mərhələ: 
Əlində 2 tutan şagirdi aralı, 3 və 4 tutan
şagirdləri isə yanaşı saxlayıram.
Şagirdlər əyani şəkildə gördülər ki, vuruq -
ların  yerini  istənilən  qaydada  dəyişmək  və
qrup laşdırmaq olar. Qonşu vuruqları onların
hasili ilə əvəz etmək olar.
Şagirdləri 3 qrupa bölürəm. İş vərəqlərini
paylayıb  yeni  mövzuya  aid  bir  neçə  misal
(№1, №2, №3) həll etməyi tapşırıram.
Siz hansı əməli yerinə yetirdiniz?
Niyə boş damaya rəqəm yazdınız? və s.
Şagirdlər: 
1. Vurma əməlinin yerdəyişmə və qrup -
laşdırma xassəsini yerinə yetirdik.
2. Bərabərliyin doğru alınması üçün boş
damaya rəqəm yazdıq.
Sual-cavabdan sonra şagirdlərin yorul du -
ğunu duyuram. Onları «Söz oyunu» oynamağa
dəvət edirəm. Oyunun qaydası verilən söz «Yer -
İş vərəqi-1
Vurmanın yerdəyişmə xassəsindən istifadə
edərək misalı müxtəlif cür hesabla.
3x4x5=
4x6x5=
İş vərəqi-2
Vurmanın qruplaşdırma xassəsini tətbiq et -
məklə müxtəlif cür hesabla.
(3x6)x4=
2x(8x5)=
İş vərəqi-3
Xanaların yerinə elə ədədləri yaz ki, bə -
ra bər lik doğru olsun.
(      x2)x16=5x(      x16)
2x(8x      )=(2x     )x3

135


Kurikulum. 2014. №2


Dərs nümunələri

* * *


dəyişmə» olsun. Bu sözdəki hərflərin yerlərini
dəyişməklə  neçə  yeni  söz  yaza  bilərsiniz?
Şagirdləri I və II qrupa bölürəm.
I qrup – 11 söz          II qrup – 15 söz
(yer, dəy, iş, diş, dəyiş, əy, dər, dəyə, rəy,
dəm, dəymə, de, eş, deyiş, ye) – 15 söz
Bayrağı II qrup qaldırıb qalib olduqlarını
elan etdilər.
Oyundan sonra şagirdlərə «Test tapşı rıq -
ları» paylayıram.
1. Hansı misalın cavabı düzgündür?
a) 9x3=28          b) 8x4=36       c) 8x4=32
2. 4x(300+30+3) ifadəsi hansı hasilə uy -
ğun dur?
a) 4x30   b) 4x303   c) 4x333
3. Hansı boş xanaya ədəd uyğun yazılıb?
a) (5+20)x4=5x(20x1 )
b) (20x3)x2=20x(3x0)
c) (7x10)x6=7x(10x 6 )
4. Hansı doğrudur?
1. Vuruqların yerini dəyişdikdə hasil də -
yişmir.
2. Vuruqların yerini dəyişdikdə hasil də yişir.
3. Bir neçə ədədin hasilini taparkən vu ruq -
ların yerini istənilən qaydada dəyişmək olmaz.
Nəticə və ümumiləşdirmə: 
Şagirdlərin cavablarından belə bir nəticəyə
gəlirik ki, bir neçə ədədin hasilini taparkən vu -
ruqların yerini istənilən qaydada dəyişmək olar.   
Ev tapşırığı: 
Vurma əməlinin xassələrinə
aid: iş dəftəri səh.30, dərslik səh.34-ə nəzər
yetirməklə bir neçə misal yazın.
«Gəlin tapaq» oyunu.
Şəkildə göstərilən üçbucağın dairələrində
1-dən 9-a qədər rəqəmləri elə yerləşdirmək la -
zımdır ki, onun hər tərəfi üzərində onların ha si li
240-a bərabər olsun. Sonra rəqəmlərin ye rini
dəyişdir, «yerdəyişmə» xassəsini tətbiq et.
240
Azərbaycan dili
(3-cü sinif)
Mövzu:
«Mən Azərbaycanlıyam».
Məzmun standartları:
1.2., 1.2.1., 1.2.3.
Təlim məqsədləri: 
Dərsin sonunda şagird:
– sinif qarşısında hazırladığı məruzə ilə
çıxış edir, aydın səslə, axıcı və səlis danışır;
– müəyyən fikirlə bağlı öz mövqeyini əsas -
landırır;
– dinləyicilərin suallarını cavablandırır;
Fəndaxili inteqrasiya:
Yazı: 3.1.4. 
Dil qaydaları: 1.1.
Fənlərarası inteqrasiya:
Həyat bilgisi: 3.2.1.

AFƏT MUSTAFAYEVA


Bakı şəhər 21 №-li tam orta məktəbin ibtidai sinif müəllimi 

136


Kurikulum. 2014. №2


Afət Mustafayeva
Riyaziyyat: 1.3.1.
Musiqi: 1.2.1.
Resurslar:
Heydər Əliyev haqqında yazıl -
mış məruzələr, internet saytları, mövzu ilə əla -
qədar musiqi yazılmış disklər, işçi vərəqləri.
Dərsin gedişi:
Qeyd: Bu dərs şagirdlərdən öncə hazırlıq
tə ləb edir. Ona görə də ümummilli liderimiz
Heydər Əliyev haqqında şagirdlərə layihə ha -
zır la mağı tapşırmışdım.
M: Bugünkü dərsimiz «Mən Azər bay can -
lıyam» adlanır. Söhbətimiz ən yeni tariximiz
haqqında olacaq. 
Kompyuterdə dahi bəstəkar Ü.Hacıbəyo -
vun «Koroğlu» uverturası səslən diri lir. Musiqi
qurtarandan sonra ümummili liderimiz Heydər
Əliyevin əksi ilə birgə ölkəmizin dövlət pos-
tunda rəhbər vəzifələri tutmuş 3 şəxsiyyətin də
surətləri, kimliyi göstərilməklə ekranda nü ma -
yiş olunur:
a) Ümumilli liderimiz Heydər Əliyev; 
b)  Milli  təhlükəsizlik  komitəsinin  sədri
Eldar Mahmudov; 
c) Müdafiə naziri Səfər Əbiyev; 
ç)  Daxili işlər naziri Ramil Usubov.
M: Bu şəxsiyyətlərdən birini obrazlı şə -
kildə «müstəqilliyimizin karantı» adlandırmış -
lar. O kimdir? 
Ş: Bu, ümummili liderimiz Heydər Əli yev dir!
M: Nitqimiz onun adını əvəz edən digər
bədii ifadələrlə də zəngindir. Bu ifadələri xa -
tırlaya bilərsinizmi? 
Şagirdlər növbə ilə sadalayırlar:
– Ulu öndər!
– Dahi şəxsiyyət!
– Qüdrətli rəhbər!
– Müdrik siyasətçi!
– Görkəmli şəxsiyyət!
– Böyük insan!
– Nüfuzlu dövlət xadimi!
– Uzaqgörən siyasətçi! 
M: Söylədiyiniz bu ifadələr dilçilikdə ümu -
mi şəkildə necə adlanır?
Ş: Dilçilikdə bu ifadələr söz birləş mə ləri
adlanır.
M: Ulu öndərimiz fenomen bir şəxsiyyət
olmuşdur. Bəs bu böyük insan hansı fərdi xü -
su siyyətləri ilə seçilirdi?
Şagirdlər növbə ilə sadalayırlar:
– Güclü təfəkkürü, iti zəkası ilə...
– Yüksək natiqlik istedadı ilə...
– Möhkəm yaddaşı ilə...
– Geniş dünyagörüşü ilə...
– Cazibəli səsi ilə...
– Polad iradəsi ilə...
– Nüfuz qazanmaq bacarığı ilə...
– Qəti və düzgün qərarlar qəbul etməsi ilə...
M: Doğrudur! O, qeyri-adi bacarığa malik
bir şəxsiyyət idi. Təəssüf ki, onu bizdən çox da
uzaq olmayan bir zaman ayırır.  Ancaq tarixən
çox  məsuliyyətli  bir  dövrdə  Ulu  öndərimiz
xalqımızı və Vətənimizi ağılasığmaz itkilərdən
və  fəlakətlərdən  qurtardı.  Ulu  öndərimizin
əvəz siz xidmətlərini düşündükdə qeyri-ixtiyari
olaraq bir problem ortaya çıxır: 
Ən yeni tariximiz onu bizə bəxş etdi, yoxsa
o bizə ən yeni tariximizi bəxş etdi?
M: Bu sual bizim «Mən Azər baycanlıyam»
layihəsinin təməl sualı idi. Sual səslənəndən
sonra sözü məruzəçilərimizə verirəm. Bir-bi -
ri nin  ardınca  aşağıdakı  mövzularda  çıxışlar
başlanır:

Mövzular:


1. Qeyri-adi şəxsiyyət; 
2. Nax çı vanın xilas edilməsi; 
3. Qurtuluş günü azad lığın əsl başlanğı cı dır; 
4. Yeni Azərbaycan qu  ru cusu; 
5. O, hamının babası olmuşdur.
Şagirdlər öz məruzələrini təqdim etdikdən
sonra digər şagirdləri maraqlandıran sualları
cavablandırırlar. Bundan sonra sinfə mü ra ciət
edirəm. 
M: Biz məruzələri din ləyib hansı nəticəyə
gəldik? 
Şagirdlər ümumi nəticəyə əsaslanaraq fi -
kir lərini bildirirlər.

137


Kurikulum. 2014. №2


Dərs nümunələri
Refleksiya:
Adətən, tarixin müəyyən dövr -
lərində  bizim  türksoylu  xalqlarımızın  içəri -
sində çox istedadlı, talantlı, dahi şəx siyyətlər
yetişir. Belə şəxsiyyətlər bütöv bir ölkənin mü -
qəddəratını həll etməyə, bütöv bir xalqı məhv
olmaqdan xilas etməyə qadir olurlar. Be lə şəx -
siyyətlərə  misal  olaraq  vaxtı  ilə  Türkiyənin
dövlət başcısı olmuş sərkərdə Mustafa Kamal
Atatürkü göstərmək olar. Ən yaxın tariximizdə
isə ümummilli liderimiz Heydər Əliyev məhz
belə şəxsiyyətlərdən olmuşdur. Taleh elə gə tir -
di ki, xoşbəxtlikdən o da öz qabiliyyətini, is te -
dadını bütünlüklə xal qımıza, vətənimizə həsr
et di. Ulu öndərimiz özü bir vaxtlar bu barədə
belə demişdir: «Mən bundan sonra da ömrü -
mün qalan hissəsini də xalqıma verəcəyəm».
Ulu öndərimiz dediyi kimi də etdi. Bir vaxt -
 lar Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci
ildə sarsıdılmış dayaqlarını, təməlini o, 70 ildən
sonra  yenidən  bərpa  etdi,  möh kəm lən dirdi,
inkişaf etdirdi. Beləliklə, onun əzmi sa yəsində
yaradılmış müstəqil və demokratik Azər bay -
can Respublikası bütün dünyada yaşa yan 60
milyonluq  Azəbaycan  xalqının  ata  oca ğına,
qürur mənbəyinə çevrildi. Ulu öndə  ri mizin özü
də azərbaycanlı olması ilə hədsiz fəxr edir di.
Onun belə bir kəlamı olduqca diqqətəlayiq dir:
«Hər bir şəxsin milli mənsubiyyəti onun qürur
mənbəyi olmalıdır. Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən azər bay canlı yam!»
M: Görəsən Ulu öndərimizin məhz azər -
baycanlı olması ilə bağlı qürur, iftixar his sini
keçirməsinin  əsl  səbəbləri  nə  idi?  Gəlin  bu
suala cavab verməyə çalışaq.
Şagirdlər fikirlərini söyləyirlər:
I Şagird: Azərbaycan xalqının çox qiy mət -
li milli-mənəvi dəyərləri və zəngin  mədə niy  yəti
vardır. Mənə belə gəlir ki, Ulu ön də rimiz bun-
lara görə fəxr edə bilərdi. 
II Şagird: Məncə, səbəb budur ki, Vətə ni -
miz çox zəngin yeraltı və yerüstü sərvətlərə ma-
likdir.
III Şagird: Məncə, səbəb budur ki, Azər -
baycan xalqı indi azaddır, müstəqil və de mok -
ratik bir dövlət qurmağa nail olmuşdur. 
M: Sizin söylədiyiniz fikirlərin hər bi rində
həqiqət var. Ancaq söylədiyiniz fikirlərin doğ -
ruluğunu faktlarla, dəlillərlə sübut etməli, öz
mövqeyinizi əsas landırma lı sınız. İndi verə cə -
yim qrup tapşırıqlarını yerinə yetirməklə siz
buna nail olacaqsınız. 
Sinfi üç qrupa bölürəm. Hər bir qrupa mü-
vafiq tapşırığın əks olun duğu işçi vərəqi təqdim
olunur. Qruplar təd qi qat işi aparmağa başlayırlar.
«Müstəqil Azərbaycan» qrupu.

Mövzu 1:  

«Azərbaycan müstəqil və de mok -
 ratik dövlətdir».
Müstəqil, azad və xoşbəxt ya şamağımız
üçün dövlətimizin aşağıdakı əsas ları vardır:
– Müstəqil dövlətimiz və hökumətimiz;
– Müstəqilliyimizin rəmzi olan milli bay -
ra ğımız, milli himnimiz və milli gerbimiz;
– Dövlət dili ana dilimiz olan Azərbaycan
dilidir;
– Dövlətin Konstitusiyası;
– Xalqın və dövlətin dayağı olan Milli Or-
dumuza arxalanırıq;
– Xalqın dayağı olan güc strukturları və
hüquq mühafizə orqanları vardır; 
– Qanunverici Milli Məclisimiz;
– İnfilyasiyaya uğramayan milli pulumuz; 
– Hər cür rəqabətə davam gətirən milli
iqtisadiyyatımız; 
– Ata-babalarımızdan miras qalmış milli
mədəniyyətimiz və  milli dəyərlərimiz.
«Milli azadlıq» qrupu.

Mövzu 2. 

«Təbii sərvətlər və ölkəmizin rel yefi».
Torpağımızın altı da qızıldır, üstü də. Vətə -
ni mizin  torpağının  altında  olduqca  dəyərli,
zən gin təbii sərvətlər aşkara çıxarılmışdır. Bu
qiymətli xəzinə yataq larını tanımaq, öyrənmək
və tədqiq etmək bi zim borcumuzdur. Gəlin on -
ları sayaq:
– Yer altından fontan vuran, ana Kürlə san -
 ki rəqabətə girən, onunla yanbayan tər sinə uza -
naraq Avropaya doğru axıb gedən «Qa ra qızıl»;

138


Kurikulum. 2014. №2


Afət Mustafayeva
– 30 milyard kubmetrdən daha çox eh tiyatı
aşkarlanan mavi yanacağımız olan qaz yataq la rı;
– Ən qiymətli əlvan metal olan qızıl yataq ları;
– Digər əlvan və qara metalların yataq ları;
– Tikinti materialları yataqları;
– Qatarları hərəkətə gətirən daş-kömür,
torf yataqları;
– Həkimlər ağ ölüm adlandırsa da, yemək -
lərimizə dad verən duz yataqları.
Vətənimizin relyefi də zəngin və rənga -
rəng olduğundan gündən-günə obalarımız is -
tirahət və turizm zonalarına çevrilməkdədir.
– Ölkəmizin Şərqində mavi Xəzər dalğala nır;
–  Qafqaz  Sıra  Dağları  vətənimizi  üzük
qaşı kimi dövrəyə alıb;
– Həyat çeşməsi olan 200-dən çox çayla -
rı mız axıb Kürə qovuşur;
– 200-dən çox mavi göllərimizdə sonalar
üzür;
– Əvəzsiz sərvətlərimiz olan meşələrimiz
bizə sağlam həyat bəxş edir;
– Münbit torpağı olan Mil-Muğan, Şirvan
düzləri əkin sahələrinə çevrilib.
Yurdumuz haqqında vaxtilə ölməz şairi -
miz Səməd Vurğun yaxşı  deyib:
Yenə də yamyaşıl geyinir dağlar,
Köz kimi durulur qaynar bulaqlar,
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o göy çəməni,
Təbiət ilhama çağırır məni.
«Demokratlar» qrupu.

Mövzu 3: 

«Yerüstü sərvətlər və kənd tə sər -
rüfatı».
Ölkəmizlə fəxr etməkdə haqlıyıq. Çünki
iqlim  şəraiti  əlverişli,  torpağı  münbit,  suyu
boldur.  Ona görə də ölkəmizdə kənd təsərrüfatı
yüksək inkişaf etmişdir. Bu inkişaf xalqımızın
firavan yaşayışını təmin edir və bol nemətlər
yaradır. Ölkəmizdə aşağıdakı sahələr inkişaf
etmişdir: 1-Taxılçılıq; 2-Maldarlıq; 3-Qoyun -
çu luq; 4-Quşçuluq; 5-Balıqçılıq; 6-Ağac ema -
lı;  7-Meyvəçilik;  7-Tərəvəzçilik;  8-Çayçılıq;
9-Pambıqçılıq; 10-Arıçılıq.
Sünbülüm, sünbülüm sarı sünbülüm,
Sənmisən çiçəyim, sənmisən gülüm?
Qaldırsın başını göylərə sarı
Geniş xırmanlarda dərz tayaları
Baxdıqca düşmənin gözü qaralsın,
Xəzan yarpağı tək üzü saralsın!
Beləliklə, qruplar öz işlərini təqdim edirlər,
şagirdlər isə diqqətlə dinləyib əlavələrini bil di -
rirlər.
Nəticə və ümumiləşdirmə:
– Bu sərvətlər və nailiyyətlər hansı ölkəyə
və kimə məxsusdur?
–  Azərbaycan  dövlətinə  və  Azərbaycan
xalqına!
– Bu sərvətlərin və nailiyyətlərin arxa sın -
da nə dayanır?
– Azərbaycan xalqının qüdrəti dayanır!
– Ona görə də hər bir şəxs hər bir xalq belə
bir ölkə ilə fəxr etməkdə haqlıdır. Biz ümum-
milli lidermizin qürur hissinin səbəblərini söy -
lədik və dəlillərlə sübuta yetirdik. 
Sonda Ulu öndərimizə aid şeirlərin bədii
qiraəti səslənir.
Ev tapşırığı:
«Mən Azər baycanlıyam»  mövzusunda in -
şa yazmaq. 
?


--h----alexander.html

--haci-fuad-nurullah-imam-11.html

--haci-fuad-nurullah-imam-6.html

--hal---trkc-etimoloji.html

--hiratemawashiuke------a.html