1 ... 15 16 17 18 19 20 21 22 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə18/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması

      –         – 

84 


Yazıçı bəzən özünü yazır, bəzən isə öz 

ürəyindən keçənləri obrazların dili ilə 

ifadə edir, yenə  də yazır. Hər halda hər 

ikisində  də düşüncəsi, mühakiməsi, yaz-

dıqlarının fəlsəfəsi çox şeydən xəbər verir. 

Məhz bu cəhət Vladimir Solouxinin yara-

dıcılığında özünəməxsus xarakter daşıyır. 

İsmayıl  Şıxlı bu baxımdan da onun 

yaradıcılığını  səciyyələndirir və yazır: 

“Vladimir Solouxinin yaradıcılıq xüsusiy-

yətlərindən biri də onun əsərlərinin avto-

bioqrafik xarakter daşımasıdır. Yazıçının 

povest, hekayə və yol qeydlərini oxuduq-

da başa düşürsən ki, hekayəçi Solouxinin 

özüdür. Sənə  təbiəti göstərən, hadisələri 

nəql edən, bu və ya digər məsələ haq-

qında fəlsəfi mühakimələr yürüdən, Qır-

ğızıstandan, başı dumanlı   Tyan-Şan və 

Adıgey dağlarından, Gürcüstandan, 

Azərbaycanın Ceyrançölündən, Sevandan, 

rus meşələrindən, rus kəndinin keçmişi 

və indisindən, qədim kilsələrdən söhbət 

açan yazıçının özüdür”

1

İsmayıl  Şıxlı Vladimir Solouxinin tək-

cə öz xalqının deyil, başqa xalqların və 

millətlərin mədəniyyətini,  ədəbiyyatını 

                                                 

1

 Vladimir Alekyeviç Solouxin. – İsmayıl  Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.362 

      –         – 

85

sevdiyini də onun ən gözəl xüsusiyyət-

lərindən biri sayır. “V.Solouxinin bir in-

san və yazıçı kimi ən gözəl xüsusiyyət-

lərindən biri də odur ki, o öz torpağını, 

xalqını, adət - ənənələrini sevdiyi qədər 

də başqa xalqları, onların milli xüsusiy-

yətlərini sevir. Bir dəfə Kür sahilində milli 

mədəniyyət və  ədəbiyyatdan onunla 

söhbət edərkən, azacıq fikrə getdi və 

mənə belə cavab verdi: 

– Əgər mən bir rus kimi öz balalayka-

mı sevirəmsə  və başqalarından da bunu 

gözləyirəmsə, onda gərək özüm də başqa-

larının milli musiqi adətlərini dinləməyi 

və onların buna necə  məhəbbət bəslədik-

lərini dərk etməyi bacaram. Belə olmasa 

qarşılıqlı anlayış yaranmaz”

1

.  Bununla da İsmayıl Şıxlı yaxşı bir nü-

munəni yazıçının fikri və mövqeyi əsasın-

da başqalarına da çatdırır. Başqalarının 

da bu cür olmasını istəyir və istək əsasın-

da da milli adət - ənənələrə, milli ədəbiy-

yata, milli mədəniyyətə hörmətlə yana-

şanları alqışlayır. 

İsmayıl Şıxlı dünya ədəbiyyatının gör-

kəmli nümayəndəsi C.Q.Bayronun yara-

                                                 

1

 Vladimir Alekyeviç Solouxin. – İsmayıl  Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.362-363 

      –         – 

86 


dıcılığına geniş təhlil verir və onu “Azad-

lığın üsyankar carçısı” adlandırır

1

. O, 


Bayron və  Şellini eyni ədəbi məktəbin 

nümayəndəsi, hər ikisinin XIX əsr ingilis 

mütərəqqi romantizmi ilə bağlı  sənətkar 

olduqlarını qeyd edir. “Bayron və  Şelli 

daha irəli gedərək, inqilabi romantizmin 

bayrağını göylərə qaldırmışlar”

2

.  İsmayıl  Şıxlı Bayronun tərcümeyi-halı 

barədə çox aydın və dürüst məlumat ve-

rir. Hiss olunur ki, onun xarici ölkələr 

ədəbiyyatını  tədris etməsi tərcümeyi-hal 

materialının aydın  şəkildə çatdırılmasın-

da yardımçı rolunu oynayır. Bayron 1788-

ci ilin yanvar ayının 22-də Londonda 

dünyaya gəlmişdir. Atası İngiltərənin qə-

dim lordlar nəslindən, anası isə  şotlan-

diyalı kübar qadın olmuşdur. Onun atası 

və anası bir-birinə  bənzəməyən xasiyyət, 

xarakter sahibləri kimi fərqlənmişlər. 

Bayronun atası yüngülxasiyyət, anası isə 

həssas, hər bir hadisədən təsirlənən, eyni 

zamanda çılğın qadın olmuşdur. Atası 

Bayronun anasının bütün cehizlərini satır 

və  xərcləyir, sonra borclu olduğu adam-

ların  əlindən qurtarmaq üçün qaçıb 

                                                 

1

 Azadlığın üsyankar carçısı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.236 

2

 Yenə orada. s.236 

      –         – 

87

Fransaya gedir. O, Fransada ölür. Belə 

olduqdan sonra Bayronun anası onu da 

götürüb  Şotlandiyaya qayıdır. Onun 

uşaqlığı anasının vətəni  Şotlandiyada, 

kiçik Eberdin şəhərində keçir. Şotlandiya 

kiçik Bayronun xəyalında dərin iz buraxır.  

Bayron hələ kiçik yaşlarından lordluq 

rütbəsi alır. Onun on yaşı tamam olarkən 

ata babası ölür, ata babasının varisi olma-

dığından bütün var-dövlət balaca Bayro-

na qalır. Balaca Bayron anası ilə birlikdə 

Nottingem qraflığına, ata-baba yurdu 

olan Nyusted qəsrinə köçür.  

Balaca Corc Bayron olduqca yaraşıqlı, 

qıvrım saçlı  uşaq olmaqla yanaşı, bir şi-

kəstliyi də vardı. Belə ki, onun ayağının 

biri gödək idi. Bu şikəstlik onu həmişə 

məyus edir, kədərləndirir və düşündü-

rürdü.  


Kiçik Bayronu anası 1801-ci ildə Lon-

donun yaxınlığındakı Qarrou kollecinə 

oxumağa qoyur. O, 1805-ci ilə qədər bura-

da oxuyur. Bayron kolleci bitirdikdən 

sonra Kembric darülfünununa daxil olur, 

1808-ci ilə  qədər orada oxuyur. Tarix, 

ədəbiyyat, fəlsəfə ilə maraqlanır, dilləri 

öyrənir, ingilis xalq yaradıcılığını və klas-

sik  ədəbiyyatını mükəmməl öyrənir. O, 



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--125.html

--nbyev--e---moslemzadeh--13.html

--nbyev--e---moslemzadeh--134.html

--nbyev--e---moslemzadeh--139.html

--nbyev--e---moslemzadeh--16.html