1 ... 15 16 17 18 19 20 21 22 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə19/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması

      –         – 

88 


tələbə yoldaşlarına qoşulmur, bütün gü-

nünü mütaliə ilə keçirirdi. Getdikcə püx-

tələşir və  təcrübə toplayırdı. Hələ kol-

lecdə oxuduğu dövrdə  şeirlər yazmağa 

başlayır və  nəhayət, 1807-ci ildə “Asudə 

saatlar” adlı ilk şeir kitabı çap olunur. Bu 

kitab oxucuların və  tənqidçilərin diq-

qətini cəlb edir.  

İsmayıl Şıxlı yazır: “Beləliklə, şairin ilk 

ədəbi çıxışları London kübarları ilə toq-

quşmaya səbəb oldu. Onlar hiss edirdilər 

ki,  ədəbiyyata yeni və  həm də üsyankar 

bir şair gəlir.  

Bayron 1808-ci ilin iyul ayında 

darülfünunu bitirdikdən sonra Nyusted 

qəsrinə  çəkilir, heç kəslə görüşmək istə-

mir.  Ətrafdakı mülkədarlar onunla dost-

laşmağa çalışsalar da, Bayron onlardan 

uzaqlaşır, bəzi köhnə  məktəb yoldaş-

larından başqa heç kəsi evinə buraxmır”

1

.  İsmayıl  Şıxlı Bayronun səyahətə  çıx-

ması, bu səyahətin onun yaradıcılığında, 

həm də ictimai-siyasi görüşlərində  tə-

bəddülatlar yaratması barədə yazır: “Nə-

hayət, Bayron 1809-cu il iyun ayının 26-da 

Portuqaliya sahilləri ilə  səyahətə  çıxdı. 

                                                 

1

 Azadlığın üsyankar carçısı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.240 

      –         – 

89

Onun məqsədi Aralıq dənizi hövzəsində-

ki ölkələri gəzmək idi. O, Portuqaliyadan 

sonra Pireneyi aşıb  İspaniyaya gəldi. 

Seviliyada, Kadiksdə və başqa şəhərlərdə 

oldu. Sonra Maltaya gəldi. Oradan da 

Yunanıstana keçdi. Daha sonra Albaniya-

nı  gəzdi Konstantinopola qədər getdi. 

Yenidən geri qayıdıb Afinada dayandı. 

Bayron Şərq ölkələri ilə həm də romantik 

bir  şair kimi maraqlanırdı. Bu səyahət 

şairin həm ictimai-siyasi görüşlərində, 

həm də  bədii yaradıcılığında böyük bir 

təbəddülatın baş verməsinə  səbəb oldu. 

Ona görə ki, Bayron bu səyahəti zamanı 

yalnız yeni ölkələr görüb, onun təbii gö-

zəlliklərinə  məftun olan müşahidəçi kimi 

qalmadı. Bayron bu ölkələri gəzərkən o 

zaman bütün Avropanın diqqət mərkə-

zində dayanan ictimai hadisələrin bu-

rulğanına düşdü”

1

.  İsmayıl  Şıxlıya görə, 

Bayronun qəlbindəki üsyankarlıq ona gö-

rə gurladı  və çağladı ki, “Şair Albaniya-

nın təbii gözəlliklərini gördü, zümrüd 

sahillərini, qalın meşələrini, sinəsi yaşıl 

dağlarını seyr etdi, limonlu dərələrin 

rayihəsini duydu. Ancaq bu qəhrəman 

                                                 

1

 Azadlığın üsyankar carçısı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980,. s.241 

      –         – 

90 


xalqın, təmiz və qonaqpərvər insanların 

əsarət altında inlədiyini də gördü. Qədim 

cəngavərlər yurdu, musiqi, nəğmə  və 

rəqslər ölkəsi olan İspaniyanın halı da 

acınacaqlı idi... İspaniyada milli istiqlaliy-

yət müharibəsi gedirdi”

1

.  Bayron səyahətdə çox kamilləşir, hə-

yatı öyrənir, düşüncələrini dərinləşdirir. 

Səyahətdən 1811-ci ildə iyul ayının 17-də 

İngiltərəyə qayıdır. Onun anası  həmin 

ərəfədə  vəfat edir, Bayron anasının 

sağlığına özünü yetirə bilmir. Bu itki onu 

çox məyus edir.  

Bayronun səyahət zamanı yazdığı 

mənzum qeydlər dostu Dallası  və naşir 

Merredi valeh edir. Ona görə də bu qeyd-

lərin çap olunmasını  qərara alırlar. 

İsmayıl  Şıxlı yazır: “...məşhur “Çayld 

Haroldun səyahəti”  əsərinin iki nəğməsi 

meydana gəldi. Bayron sonralar bu əsərin 

daha iki nəğməsini də yazdı.  

“Çayld Harold” əsərinin birinci və 

ikinci nəğməsi 1812-ci ildə  dərc edildi və 

böyük gurultuya səbəb oldu. Əsər bir ildə 

beş  dəfə  nəşr olundu ki, bu da o zaman 

üçün görünməmiş bir hadisə idi. Əsərin 

                                                 

1

 Azadlığın üsyankar carçısı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.241 

      –         – 

91

bu qədər sürətlə  və geniş yayılmasının 

səbəbi hər şeydən əvvəl şairin öz poema-

sında zəmanəsindəki ictimai bəlalara, 

xəstə məsələlərə toxunması idi”

1

İsmayıl  Şıxlı  əsərin qəhrəmanı Çayld 

Haroldun simasında  şəxsiyyətlə  cəmiy-

yətin qarşılıqlı münasibəti məsələsini 

açmağa çalışır. Cəmiyyətdən bezmiş gənc 

Çayld Haroldun narahatlığını, mənən 

düşkünləşdiyini  əks etdirir, onun tezliklə 

vətənlə vidalaşdığını  və  Şərq ölkələrinə 

getməyə çalışdığını  nəzərə çatdırır. O, 

mənəvi dinclik axtarmaq üçün Şərq 

ölkələrinin qoynuna çəkilməyə çalışır.  

İsmayıl  Şıxlı birinci nəğmədə Harol-

dun Portuqaliyanı,  İspaniyanı  gəzdiyini, 

lakin burada əmin-amanlığın olmadığını, 

Fransa və  İngiltərə qoşunlarının bu 

torpaqları  zəbt etdiyini Bayronun təsvir-

ləri  əsasında təhlil edir. İkinci nəğmədə 

Türkiyənin  əsarəti altında olan Yunanıs-

tanın ağır vəziyyətini Haroldun mühaki-

mələri ilə verir. İsmayıl  Şıxlı  qəhrəmanın 

(Haroldun) passiv müşahidəçi olduğuna 

tənqidi münasibət bəsləyir.  Şairin (Bay-

ronun) üçüncü və dördüncü nəğmələrdə 

                                                 

1

 Azadlığın üsyankar carçısı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.243 



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--20.html

--nbyev--e---moslemzadeh--25.html

--nbyev--e---moslemzadeh--3.html

--nbyev--e---moslemzadeh--34.html

--nbyev--e---moslemzadeh--39.html