1 ... 5 6 7 8 9 10 11 12 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə9/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

40 


lıq deyib. O deyib ki, mən Qoriyə, semi-

nariyaya oxumağa getdim, dalımca gəl-

din. Mən musiqiyə  həvəs göstərdim, da-

lımca gəldin. Mən Terequlovun qızını al-

dım, dalımca gəldin, bacanaq olduq. Mən 

opera yazdım, dalımca gəldin, yaxşı elə-

din. Amma bir xahişim var. Mən öləndə 

dalımca gəlmə!”

1

  Mehdi Hüseynin dəfn mərasimi ilə 

bağlı onun keçirdiyi hissləri bundan artıq, 

bundan təsirli, bundan emosional, bun-

dan güclü necə ifadə etmək olardı. 

İsmayıl  Şıxlı Mehdi Hüseynin bütün 

həyat və yaradıcılıq yolunu təhlil edir. 

Onun ilk hekayələrindən – “Qoyun qır-

xını” (1927), 1930-cu ildə çap etdirdiyi 

“Xavər”, “Bahar suları” adlı hekayələr 

kitabından, 1931-1935-ci illərdə yazdığı üç 

hissədən ibarət “Daşqın” romanından, 

1935-ci ildə yazdığı “Kin” povestindən, 

1937-1938-ci illərdə yazdığı “Tərlan” ro-

manından və  “Şair” kino – dramından, 

tarixi mövzuda 1939-1940-cı illərdə 

yazdığı “Komissar” povestindən və “Ni-

zami” dramından, 1942-ci ildə yazdığı 

“Odlu qılınc”, “Çiçəklər”, “Dost”, “Qanlı 

                                                 

1

 Qranit kimi sərt.-  İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, .6-7 

      –         – 

41

sular”, “Satqın”, “Vüsal”, “Moskva” və s. 

kimi hekayə və oçerklərindən, 1943-1944-

cü illərdə yazdığı “Cavanşir” adlı tarixi 

pyesindən, 1944-cü ildə yazdığı “Fəryad” 

pyesindən, 1947-1948-ci illərdə yazdığı 

“Abşeron” romanından, bu romanın da-

vamı olaraq 1954-1958-ci illərdə yazdığı 

“Qara daşlar” romanından, 1949-1952-ci 

illərdə yazdığı “Səhər” romanından bəhs 

edir və onların hər birinin bədii cəhətdən 

dolğun  əsərlər olduğunu məharətlə xa-

rakterizə etmiş, müəllifin hər uğuruna və 

nailiyyətinə sevinmişdir. 

İsmayıl  Şıxlı Mehdi Hüseynin yaradı-

cılığının müəyyən bir hissəsinin  ədəbi 

tənqidlə bağlı olduğunu nəzər alır və bu 

cəhətdən də onun yaradıcılığının böyük 

əhəmiyyətə malik olduğunu söyləyir.  İs-

mayıl  Şıxlı yazır: “Mehdi Hüseynin tən-

qidi də, bədii yaradıcılığı kimi həm əhatə 

etdiyi mövzu, həm də poetikası baxımın-

dan rəngarəngdir. Belə ki, o bir neçə 

ədəbi janrda əsər yazdığı kimi, tənqidin 

də müxtəlif sahələrinə  əl atmışdır. Biz 

onun tənqidi əsərləri içərisində ədəbiyyat 

tarixinə, müasir ədəbi məsələlərə, teatr 

tənqidinə, aktyor sənəti haqqında mülahi-



      –         – 

42 


zələrə, rus və dünya ədəbiyyatı barədə 

çox qiymətli fikirlərə rast gəlirik”

1

.  İsmayıl  Şıxlı Mehdi Hüseynin bir 

münəqqid və  ədəbiyyatşünas kimi söylə-

diyi fikirləri iki yerə ayırır: birincisi, 

münaqişələr dövründə (1937-ci ilə  qədər) 

söylənilən fikirlər, ikincisi, münaqişələr-

dən sonrakı dövrdə yaranan ədəbi – 

tənqidi mülahizələr

2

. Onun hər iki dövrdə 

yazdığı ədəbi – tənqidi məqalələri barədə 

düzgün mövqeyini bildirməklə yanaşı, 

ayrı – ayrı yazıçılar barədə yanlış mülahi-

zələrini də diqqətdən qaçırmır.  Ədəbi 

münaqişələr dövründə M.Hüseynin yaz-

dığı  ədəbi – tənqidi məqalələr müxtəlif 

məfkurə və fikirlərin çarpışması dövrünə 

təsadüf edir. Bu dövrdə kəskin konfliktlər 

özünü göstərir.  İsmayıl  Şıxlının fikrincə 

desək “Bu dövrdə “proletar ədəbiyyatı 

necə olmalıdır?”, “hansı  əsaslarla inkişaf 

etməlidir?”, “keçmiş klassik irsə  nə cür 

münasibət bəsləmək lazımdır?” kimi su-

allar bütün ədəbi ictimaiyyəti məşğul 

edirdi”

3 . Məhz belə bir dövrdə Mehdi 

Hüseyn onlarla məqaləsini və 1931-ci ildə 

                                                 

1

 Mehdi Hüseyn. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.285 

2

 Yenə orada. s.285 

3

 Yenə orada. s.286 

      –         – 

43

“Ədəbi döyüşlər” kitabını yazmışdır. Bu 

məqalələrində  və kitabında onun əsas 

məqsədi “proletar yazıçılarının  ədəbiy-

yata gətirdiyi yeni adamları müdafiə 

etmək idi. Bu yeni insanlar fəhlələr, kən-

dlilər və sovet ziyalıları idi. Burjua ideolo-

qları belə adamların ədəbiyyata gətirilmə-

sini itsəmirdilər”

1

. Tarixi təcrübə bu 

dövrün  ədəbiyyatına müxtəlif müna-

sibətləri üzə  çıxardı. Bəziləri bu dövrün 

ədəbiyyatını inkar etməyə çalışdı, bəziləri 

müəyyən yanlış məqamları tənqid etdilər, 

bəziləri isə bu dövrün ədəbiyyatını inkar 

etməyə çalışdı, bəziləri müəyyən yanlış 

məqamları  tənqid etdilər, bəziləri isə bu 

dövrü  ədəbiyyat tarixinin bir mərhələsi 

kimi qəbul etdilər. Hər halda bu fikir və 

mövqe sahiblərinin məntiqi bir yana 

qalsın, bizcə, ədəbiyyat yeniliyə can atırsa, 

köhnəliklə vuruşursa, onda ədəbiyyatın 

bu işinə  əngəl törətmək olmaz. Bu mə-

nada Mehdi Hüseynin “Ədəbi döyüş-

ləri”ni də düzgün qəbul etməli oluruq.  

İsmayıl  Şıxlıya görə Mehdi Hüseynin 

ədəbi – tənqidi görüşlərinin ikinci mərhə-

ləsi, dövrü 1938-ci ildən sonrakı fəaliyyəti 

                                                 

1

 Mehdi Hüseyn. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.286 


:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--89.html

--nbyev--e---moslemzadeh--93.html

--nbyev--e---moslemzadeh--98.html

--nbyev--e--n--dostiyari.html

--need-money---.html