1 ... 80 81 82 83 84 85 86 87 ... 146

Avqust – “Allo” sözünün ad Günü, (1877)

səhifə84/146
tarix19.07.2018
ölçüsü3.57 Mb.

253 

 

15 Avqust – “Allo” sözünün ad Günü, (1877) 

 

Avqustun 15-i “Allo” telefon müraciətinin ad günü kimi maraqlı bayram qeyd 

olunur. Bu müraciətin təxminən 140 illik tarixi var. İlk dəfə 1877-ci il avqustun 15-də 

Tomas  Edison  bu  salamlaşma  formasından  istifadə  etməyi  təklif  etmişdir.  Onun 

fikrincə,  “Hello”  telefon  müraciətinin  bütün  variantları  arasında  ən  yaxşısıdır.  O, 

teleqraf şirkətinin prezidentini də buna inandırmağa çalışmışdır. Telefonu icad edən 

Aleksandr  Bell  isə  “Ahoy”  sözündən  müraciət  forması  kimi  istifadə  etməyi  təklif 

etmişdir. Lakin Tomas Edisonun təklifi zamanın sınağından çıxmışdır. “Hello” sözü 

“Allo”ya çevrilmişdir. Telefon ünsiyyətində “Bəli”, “Eşidirəm” kimi geniş yayılmış 

formalar da var.  

Bəzi  ölkələrdə  telefon  söhbətinin  öz  “vizit  kartları”  da  mövcuddur.  Belə  ki, 

yunanlar  telefon  zənginə  “Parakalo”  –  “Xahiş  edirəm”,  italyanlar  “Pronto”  – 

“Eşitməyə hazıram” sözləri ilə cavab verirlər. Almaniyada isə telefona cavab verərkən 

çox vaxt öz soyadlarını söyləyirlər.  

 

İnternetdə

http://www.calend.ru/holidays

 

 

 

 

 

 

 

 

 

 

 



254 

 

18 Avqust – Sərhəd Qoşunları Günü, (2002) 

 

 

       “Vətən  –  Yurdun  bütün  torpaqlarını 

birləşdirib  vahid,  qüdrətli  və  mərkəzləşdirilmiş 

Azərbaycan  dövləti  yaradan,  doğma  dilimizi 

Dəmirqapı  Dərbənddən  İran  körfəzinə  qədər 

böyük  bir  ərazidə  –  Səfəvi  imperatorluğunda 

dövlət  dilinə  çevirən  Şah  İsmayıl  Xətayinin 

əmanətidir bizə!” 

                                                                                                  

Ümummilli lider Heydər Əliyev 

 

18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin 

sərhədlərinin  mühafizəsi  haqqında  qanun  qəbul  edib.  Qanuna  əsasən  Xalq 

Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi 

yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-i 

Azərbaycanda  Sərhəd  Qoşunları  əməkdaşlarının  peşə  bayramı  günü  kimi  qeyd 

olunması  qərara  alınıb.  Sovet  dövründə  Sərhəd  Qoşunları  Dövlət  Təhlükəsizlik 

Komitəsinin  strukturu  kimi  mövcud  olub,  Azərbaycan  müstəqilliyini  bərpa  edəndən 

sonra  da  sərhəd  xidməti  bir  müddət  Milli  Təhlükəsizlik  Nazirliyinin  tərkibində 

fəaliyyət  göstərib.  Prezident  Heydər  Əliyevin  2002-ci  il  31  iyul  tarixli  fərmanı  ilə 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin 

əsasında  Azərbaycan  Respublikasının  Dövlət  Sərhəd  Xidməti  yaradılıb.  Həmin 

fərmanla  Dövlət  Sərhəd  Xidmətinin  rəisi  –  Sərhəd  Qoşunlarının  komandanı  təyin 

edilib. 


 

 

İnternetdə: 

www.books.google.com

 

 

 

 

 

 

 

 

 

 

 


255 

 

26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü, (2010) 

 

       Avqustun  26-sı  Beynəlxalq  Azərbaycan 

Muğamı Günü və İpək Yolu Üzərində Yerləşən 

Ölkələrin  Musiqisi  Günü  kimi  qeyd  olunur. 

2010-cu  ildə  Kanadanın  Niaqara  şəhərinin 

meriyası  və  ənənəvi  olaraq  hər  il  keçirilən 

Beynəlxalq  Niaqara  Musiqisi  festivalının 

rəhbərliyi  tərəfindən  qəbul  olunan  bu  qərar 

xalqımızın  milli  sərvəti  olan  muğamın  bəşəri 

musiqiyə  çevrildiyini  bir  daha  təsdiq  edir.  Bu 

tarix  muğamsevərlər,  ömrünü  bu  sənətin 

yaşamasına 

və 

təbliğinə 

həsr 

edənlər 


üçün 

əziz 


bayramdır. 

       Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev 

Fondunun  prezidenti,  YUNESKO-nun  və  İSESCO-nun  xoşməramlı  səfiri,  Milli 

Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə 

tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı 

ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü 

yaşayır.  

YUNESKO-nun  qərarı  ilə  dünya  mədəniyyətinin  qeyri-maddi  irsinin  bəşəri  

əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın,  tar  ifaçılığı sənətinin 

təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi 

kimi  qiymətləndirilməsidir.  Ölkəmizdə  "Muğam  aləmi"  Beynəlxalq  muğam 

festivallarının,  müsabiqələrin,  muğam  konsertlərinin,  simpoziumların  təşkili, 

"Qarabağ  xanəndələri"  albomunun  buraxılması,  "Muğam"    jurnalının,    "Muğam  

ensiklopediyası"nın nəşri, müasir texnologiyalara   əsaslanan  və  8  diskdən  ibarət 

"Azərbaycan muğamı" multimedia  toplusunun  hazırlanması Heydər Əliyev Fondu və 

Azərbaycan  Mədəniyyət    Fondunun    bu    sahəyə    göstərdiyi    diqqətə    bariz  

nümunələrdəndir. 

        Xalqımızın şərəfli və keşməkəşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən 

ağrılı-acılı  günlərimizdə  həm  də  təskinliyimizdir.  Heyrətamiz  hisslər,  düşüncələr, 

müdriklik  mənbəyi  olan  muğam  bütün  hallarda  –  qüssəli,  sevincli,  anlarımızda 

ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır 

və bizləri qələbəyə səsləyir. 

 

 

İnternetdən:

 

http://liderinfo.az/dunya

 

 

 

 


:

dosyalar
dosyalar -> Hasta anamnez ve tedavi karti hastanın
dosyalar -> Diyabetin tanısı ve taraması ile ilgili bilgi vermek
dosyalar -> Vajinal kanamalar ve vajinal kanamalı hasta yönetimi ile ilgili bilgi vermek
dosyalar -> Ortopedik ve travmatoliJİk arizalar
dosyalar -> Araştırma Makalesi Research Article


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


2-2-osnovnie-aspekti.html

2-2-osoblivost-lkuvalno-d.html

2-2-oulitar-men.html

2-2-pavlodar-oblisi.html

2-2-po-teme---testi-po.html