1 ... 82 83 84 85 86 87 88 89 ... 146

Avqust – Qubadlı rayonunun işğalı günü,  (1993)

səhifə86/146
tarix19.07.2018
ölçüsü3.57 Mb.

258 

 

31 Avqust – Qubadlı rayonunun işğalı günü,  (1993) 

 

      Ərazisi  80.250  hektar  olan,  Zəngəzur 

dağları  ilə  Dağlıq  Qarabağ  silsiləsi  arasında 

yerləşən  Qubadlı  rayonu  inzibati  vahid  kimi 

1933-cü  ildə  yaradılıb.  İşğala  kimi  rayon 

ərazisində  müxtəlif  növ  ağaclardan  ibarət 

13.160  hektar  dövlət  meşə  fondu  mövcud  idi. 

Rayonda  1500-1600-cı  illər  arasında  əkilmiş 

nadir  növlərdən  ibarət  olan  10-dan  artıq  ağac 

təbiət 


abidəsi 

kimi 


qorunurdu. 

Dəniz 


səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin 

flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir 

çox  heyvan  və  quş  növləri  mühafizə  olunurdu.  Erməni  işğalçıları  rayon  ərazisində 

geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata 

malik  yeraltı  sərvətləri,  mineral  maddələrlə  zəngin  su  mənbələrini  istismara  məruz 

qoyub, qeyri-adi flora və faunası ilə seçilən təbiət guşələrini dağıdıblar.  

Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən 33 orta, 16 səkkizillik, 

12 ibtidai məktəb fəaliyyət göstərib. 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 

kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 

uşaq musiqi məktəbi də fəaliyyət göstərib. Ümumilikdə işğal nəticəsində rayonda olan 

6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 

6  sənaye  müəssisələri,  650  km  avtomobil  yolı,  9  körpü,  2  su  anbarı,  150  kilometr 

magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 

146  idarə,  müəssisə  binaları,  18  dəyirman,  4  su  nasos  stansiyası,  120  ədəd  elektrik 

yarımstansiyası  və  transformator  dağıdılıb,  13365  hektar  meşə  sahəsi  işğal  altında 

qalıb. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq 

Muzeyini  də  talan  ediblər.  IV  əsrə  aid  “Gavur  dərəsi”ndəki  ibadətgah,  V  əsrə  aid 

“Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl 

körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı 

kəndlərindəki  digər  tarixi  abidələr  hazırda  işğal  altındadır.  Erməni  təcavüzü  zamanı 

Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

Azərbaycanın tanınmış şəxsiyyətləri 



259 

 

21 Avqust – Azərbaycan klassik miniatür sənətinin görkəmli nümayəndəsi 

Nizaməddin Sultan Məhəmmədin 525 illiyi, (1493-1555) 

        Sultan  Məhəmmədin  Şərq  poeziyası  klassiklərinin  əsərlərinə 

çəkdiyi  miniatürlər,  eyni  zamanda  ayrı-ayrı  mövzularda  yaratdığı 

miniatürlər dünyanın ən yaxşı muzeylərində və şəxsi kolleksiyalarda 

qorunmaqdadır.  Dahi  sənətkarın  özünün  və  onun  məktəbindən  olan 

digər 


rəssamların 

əsərləri  beynəlxalq  hərraclarda  yüksək 

qiymətləndirilir.  Onun  əsərlərindən  "Şahnamə"  (1573)  hazırda Nyu-

Yorkdakı  Metropoliten,  Nizami  "Xəmsə"si Londondakı Britaniya 

Muzeyinin,   Hafiz   "Divan"ı   Kembricdəki  Foqq  muzeylərinin 

bəzəyidir.  Londandakı   Britaniya  Muzeyində  saxlanan  və   Şah 

Təhmasib üçün  məxsusi  hazırlanmış  Nizami  "Xəmsə"si  mütəxəssislər  tərəfindən 

bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir. Həmin 

nadir  incinin  qazandığı  dünya  şöhrətini  Sultan  Məhəmməddən  başqa 

görkəmli   Azərbaycan   xəttatı   Şah  Mahmud  Nişapuri,  haqqında  söz  açdığımız 

emalatxananın  miniatürçü  rəssamlarından Ağa  Mirək, Mir  Müsəvvir, Mir  Seyid 

Əli, Mirzə Əlivə  Müzəffər Əli  də bölüşürlər. Əslində bu kitaba Sultan Məhəmmədin 

cəmi dörd miniatürü? "Xosrovun çimən Şirinə baxıb həzz alması", "Bəhram Gurun şir 

ovuna çıxması", "Sultan Səncər və qarı" və "Peyğəmbərin meracı" əsərləri daxil edilib. 

Lakin elə bu dörd əsər də həmin əlyazmanın əbədiləşməsi üçün kifayət etmişdir. XVI 

əsrdə yaranmış Təbriz miniatür məktəbinin başında durmuş Sultan Məhəmmədin təbii 

ki, çoxsaylı şagird və ardıcılları vardı. Buna görə də onu "Ustad" deyə çağırmışlar. 

Ustadın  tələbələri  arasında  onun  öz  oğlanları  Mirzəli  və  Məhəmməd  bəyi,  yaxın 

qohumu Mir Zeynalabdini, habelə Mir Seyid Əli, Müzəffər Əli, Şah Məhəmmədi və 

başqalarını göstərmək olar. Adlarını çəkdiyimiz rəssamların hər biri böyük sənətkar 

olmaqla  Sultan  Məhəmməd  ənənələrini  davam  etdirərək, Azərbaycan miniatür 

sənətinin gələcək inkişafına təkan vermişlər. Sultan Məhəmmədin tələbələri və onun 

məktəbinə  mənsub  rəssamlar Təbriz məktəbinin  ənənələrini  bütün  Şərqə  yaymışlar. 

Təkcə  elə   Türkiyə   və   Hindistana   getmiş  rəssamları  xatırlamaq  kifayətdir.  Bunlar 

arasında Türkiyənin miniatür sənətinin inkişafında müstəsna rol oynamış Şah Qulunu 

və 


imperatorlardan  

Humayun 


 və 

 Əkbərin 

 sarayında 

uzun  müddət 

çalışaraq, Hindistanın  kitab  miniatürü  sahəsində  silinməz  izlər  qoymuş Mir  Seyid 

Əlini xüsusi qeyd etmək lazımdır. 

İnternetdə: 

www.books.google.com  

 

Yubilyar yazıçı və şairlər

 



260 

 

1 Avqust – Ədəbiyyatşünas Hidayət Əfəndiyevin 110 illiyi, (1908-1979) 

Hidayət  Əfəndiyev  1908-ci  il  avqustun  1-də  Bakı 

quberniyasının  Şamaxı  şəhərində  qulluqçu  ailəsində 

doğulmuşdur.  Atası  Ağa  Əli  Naseh  öz  dövrünün  tannmış 

şairlərindən  idi.  Mirzə  Ələkbər  Sabirin  və  Abbas  Səhhətin 

yaxın  dostu  olmuşdur.  6  yaşında  ikən  atasını  itirdiyindən 

anasının  himayəsi  altında  boya-başa  çatmışdır.  İbtidai 

təhsilini  Şamaxıda  rus-tatar  məktəbində,  sonra  realnı 

məktəbin  hazırlıq  sinfində  almışdır.  Şamaxıda  mart 

hadisələri  (1918)  başlar-başlamaz  ailəlikcə  Gəncəyə 

köçürlər.  Orada  gimnaziyanın  hazırlıq  kursuna  daxil  olur. 

Azərbaycanda  aprel  çevrilişindən  sonra  yenidən  doğma 

yurda qayıdırlar. 1922-ci ildə onu Bakı müəllimlər seminariyasına ezam edirlər, burada 

üç il təhsil alır. Şamaxıda I və II dərəcəli məktəblərdə müəllimlik edir (1925-1927). 

Bakı məktəblərində işləməklə bərabər, ali pedaqoji institutda təhsilini davam etdirir. 

Ağdaş  rayon  maarif  şöbəsinə  təlimatçı-metodist  təyin  olunur.  1932-ci  ildə  Bakıya 

qayıdır,  pedaqoji  və  ədəbi  fəaliyyətə  başlayır.  Azərbaycan  Baş  Mətbuat  İdarəsində 

siyasi redaktor (1932-1935), Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda müəllim (1935-

1941) işləyir, Sovet Ordusunda kapitan rütbəsində siyasi işçi kimi xidmət edir (1941-

1946).  1946-cı  ildən  ADU-nun  filologiya  fakültəsinin  Azərbaycan  ədəbiyyatı 

kafedrasında baş  müəllim, dosent olur. "XX  əsr Azərbaycan bədii nəsri tarixindən" 

mövzusunda namizədlik (1953), "Azərbaycan klassik bədii nəsri tarixi (qədim dövrdən 

1905-ci  ilədək)"  mövzusunda  doktorluq  (1973)  dissertasiyası  müdafiə  etmişdir. 

"Qafqazın müdafiəsinə görə" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif 

olunmuşdur. 1979-cu il aprelin 29-da vəfat etmişdir. 

Kitabları:

  “Ədəbi  oxu  kitabı”  (1939),  “Ədəbiyyat  xrestomatiyası”  (1938),  “Ədəbi 

qiraət” (1958), “Azərbaycan bədii nəsrinin tarixindən” (1963), “M.F.Axundov realist 

satirik nəsrinin davamçıları” (1974) və s.  

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 

 

 

 

 

 

 

 



:

dosyalar
dosyalar -> Hasta anamnez ve tedavi karti hastanın
dosyalar -> Diyabetin tanısı ve taraması ile ilgili bilgi vermek
dosyalar -> Vajinal kanamalar ve vajinal kanamalı hasta yönetimi ile ilgili bilgi vermek
dosyalar -> Ortopedik ve travmatoliJİk arizalar
dosyalar -> Araştırma Makalesi Research Article


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


2-2-postmagmaticheskoe.html

2-2-prava-invalidov---1-.html

2-2-primer-primeneniya.html

2-2-produktivnost-sh.html

2-2-programmirovanie.html