1 ... 88 89 90 91 92 93 94 95 ... 146

Avqust – Xalq artisti, aktyor Şahmar Ələkbərovun 75 illiyi (1943-1992)

səhifə92/146
tarix19.07.2018
ölçüsü3.57 Mb.

275 

 

23 Avqust – Xalq artisti, aktyor Şahmar Ələkbərovun 75 illiyi (1943-1992) 

Şahmar  Ələkbərov 23  avqust 1943-cü  ildə Gəncədə 

anadan  olub.  Şahmarın  9  yaşı  olanda  ailə  Gəncədən  Bakıya 

köçüb.  Teatr  İnstitutunun  aktyorluq  fakültəsində Rza 

Təhmasibin kursunda  təhsil  alıb. 1964-cü  ildə Azərbaycan 

İncəsənət  İnstitutunu bitirib.  Şahmar  Ələkbərov  III  kursda 

ikən Azərbaycan  Dövlət  Akademik  Milli  Dram  Teatrına işə 

götürülüb. "Azərbaycanfilm"  kinostudiyasında  aktyor  və 

rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra 

müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradiо sahəsində də 

fəal оlub. Оnun radiоda ilk çıхışı "Ulduz" prоqramının aparıcısı kimi оlub. Bundan 

başqa оnlarca televiziya tamaşasında yadda qalan оbrazlar yaradıb. "Mоlla Nəsrəddin" 

radiо verilişinin aparıcısı оlub. Bir çох filmlərin dublyajında iştirak edib. Xalq artisti, 

dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci ilin sonunda vəfat edib.

 

Şahmar 

Ələkbərovun  yaradıcılıq  bioqrafiyasında  elə  filmlər  var  ki,  onlar  milli  mənəvi 

dəyərlərimizin  ən  qiymətli  nümunələri  sırasındadır.  Bunun  səbəbi  isə  bu  filmlərin 

milli-mənəvi  dəyərlərimizə  söykənərək  tariximizin  müəyyən  dövrünün  real  ab-

havasını  canlı  əks  etdirməsidir.  Şahmar  Ələkbərov  20  illik  yaradıcılığı  dövründə 

müxtəlif rejissorlarla işləmişdir. Bütün bu yaradıcı "ittifaqlar" çox uğurlu alınmışdı. 

1990-cı ildə Şahmar Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan" filmini çəkdi. 1991-

ci ildə isə film ekranlara çıxdı. "Qəzəlxan" Azərbaycanın görkəmli şairi Vahidin həyat 

və yaradıcılığının müxtəlif anlarını canlandırır. Şahmar Ələkbərov 12 avqust 1992-ci 

ildə dünyasını dəyişmişdir.  

Filmoqrafiya:  

Qəzənfər  ("Yeddi  oğul  istərəm"),  Oğul  ("İntizar"),  İman  ("Axırıncı 

aşırım"), Arif ("Həyat bizi sınayır"), Rizvan ("Qızıl qaz"), oğlanlardan biri ("Bizim 

küçənin  oğlanları"),  Azad  ("Bakıda  küləklər  əsir"),  Qatır  Məmməd  ("Gəncəbasarlı 

qisasçı"),  Feyzi  ("Firəngiz"),  Gündüz  Kərimli  ("Arxadan  vurulan  zərbə"),  Cavidan 

("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), 

Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") və s.  

İnternetdə: 

https://az.wikipedia.org

 

 

 

 

 


276 

 

Milli Qəhrəmanlar Zirvəsi 

12  Avqust  –  Azərbaycanın  Milli  Qəhrəmanı  Cəbrayılov  Fəxrəddin  Mövsüm 

oğlunun 60 illiyi, (1958) 

 

12  avqust 1958-ci  ildə Ermənistan  SSR-in Gorus şəhərində  anadan  olmuşdur. 

Orta  təhsilini Culfada almışdır. 1975-ci  ildə  BAÜQKM-nə  daxil  olur. 1979-cu  ildə 

təhsilini  başa  vurur.  Onu  təyinatla Almaniyada   yerləşən  Sovet  ordusuna  qrup 

komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam 

etdirir. Vətənə  dönəndən  sonra   Bakı  şəhəri   Nəsimi  rayon  Hərbi  Komissarlığında 

çalışmağa  başlayır. 1986-cı  ildə  Ali  Zabitlər  Kursunu  bitirir. 1992-ci  il  Müdafiə 

Nazirliyində  Beynəlxalq  Əlaqələr  İdarəsində  müqavilələrin  imzalanması  şöbəsinin 

rəisi vəzifəsinə  təyin  edilir. 1992-ci  il  "N"  saylı  taborun komandiri  vəzifəsinə təyin 

olunur.  1993-cü  ildə   Beyləqan  rayonunda vəziyyət  olduqca  pis  idi.  Fəxrəddinin 

hazırladığı plana əsasən onun taboru döyüşlərə girdi buradakı erməni yaraqlıları tam 

məhv  edildi  və  xeyli  silah  sursat  ələ  keçirildi. 1994-cü  ildə Füzuli 

rayonunda və Kəlbəcər  rayonunda gedən  döyüşlərdə  yenidən  düşməni  ağır  itkilərə 

məruz  qoydular. 1996-cı  ildən Qaradağ  rayonunda Hərbi  Komissarlıqda  çalışmışdır. 

2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi 

vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərmanı ilə 1994-

cü ilin oktyabr ayında "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 

1995-

ci il tarixli 307 saylı fərmanı 

ilə  polkovnik  Cəbrayılov  Fəxrəddin  Mövsüm  oğlu  "Azərbaycanın  Milli 

Qəhrəmanı" adına layiq görülmüşdür. 

İnternetdə: 

https://az.wikipedia.org

 

 

 

 

 



277 

 

16 Avqust – Azərbaycanın Milli Qəhrəmanı Atakişiyev Aslan Qabil oğlunun 

 65  illiyi, (1953-1992) 

 

 

 

 

 

 

 

Aslan  Qabil  oğlu  Atakişiyev   1953-cü  ilin   16  avqustunda   Qubadlı 

rayonunun   Muradxanlı   kəndində    anadan    olub. 1960-cı  ildə  burada  birinci  sinfə 

getmiş. 1970-ci  ildə  məktəbi  bitirmişdir. 1972-1974-cü  ilərdə  hərbi  xidmətdə 

olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil 

olur. 1981-ci ildə təhsilini  başa  vurub  Qubadlı  rayonunda  müəllimliyə başlamışdır. 

Qarabağ 

hadisələri 

başlayanda 

Aslan 


Atakişiyev  

müəllim 


işləyirdi. Vətən torpaqlarının  təhlükə  altında  olduğunu  görən  Aslan  öz  doğma 

peşəsindən ayrılıb cəbhəyə yollandı. Aslan Atakişiyev torpaqlarımız uğrunda gedən 

döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi. Cəbhə rəhbərliyi həmişə onun bu 

cəsarətini yüksək qiymətləndirirdi. Bu hünər və cəsarət az vaxt içərisində onu tabor 

komandirinin  müavini  kimi  məsuliyyətli  bir  vəzifəyə  gətirib  çıxardı.  Lakin  tabor 

komandirinin  müavini  olmasına  baxmayaraq  öz  əsgərləri  içərisində  qızğın  yerlərdə 

döyüşə  birinci  atılırdı.  Aslan   Qabil  oğlu  Atakişiyev   Laçın  rayonu   uğrunda  gedən 

döyüşlərdə   Mazutlu,   Səfiyan,   Türklər,   Suarası   kimi    kəndlərdə  əsl  qəhrəmanlıq  

göstərir. 1992-ci il 7 avqustda Sussuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. 

Elə onun son döyüşü də burada oldu. Yağı düşmən çoxdan idi ki, onu nəzarətə almışdı. 

Döyüş zamanı Aslan Atakişiyev əsl mənada qəhrəmanlıq göstərib həlak olub. Lakin 

vətən onun bu igidliyini yüksək qiymətləndirdi və ona Azərbaycanın Milli Qəhrəmanı 

adını  verdi.  Ailəli  idi,  üç  övladı  yadigar  qalıb.  Məzarı Bakı  şəhərindəki Şəhidlər 

xiyabanındadır. 

Azərbaycan  Respubliksası  Prezidentinin 7  dekabr 

1992-

ci  il  tarixli  350  saylı 

fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra "Azərbaycanın Milli 

Qəhrəmanı" adına layiq görülmüşdür. 

İnternetdə: 

https://az.wikipedia.org

 

  

 



:

dosyalar
dosyalar -> Hasta anamnez ve tedavi karti hastanın
dosyalar -> Diyabetin tanısı ve taraması ile ilgili bilgi vermek
dosyalar -> Vajinal kanamalar ve vajinal kanamalı hasta yönetimi ile ilgili bilgi vermek
dosyalar -> Ortopedik ve travmatoliJİk arizalar
dosyalar -> Araştırma Makalesi Research Article


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


2-2-psihologicheskie.html

2-2-qlobaliqtisadibhran--.html

2-2-rajon-razmesheniya.html

2-2-razvitie-i.html

2-2-reducerea-drastic-a.html