Avropa iTTİfaqinin iQTİsadiyyati (qrup 828 II kurs)

tarix28.11.2017
ölçüsü24.48 Kb.

AVROPA İTTİFAQININ İQTİSADİYYATI (qrup 828

II

kurs)



  1. Maastrix müqaviləsi neçənci ildə imzalamış və qüvvəyə minmişdir? Müqavilənin mahiyyəti və əsas məzmununu şərh edin.

  2. Avropa İttifaqının sənaye siyasətinin prinsiplərini və modellərini sadalayın, bu modellərin əsas xüsusiyyətlərini xarakterizə edin.

  3. Avropa İttifaqının iqtisadiyyatı üçün “vergi rəqabəti” anlayışını izah edin.

  4. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının Avropa İttifaqı iqtisadiyyatına təsirlərini şərh edin.

  5. Vilynusda keçirilmiş III Şərq Tərəfdaşlığı Sammitinin əsas nəticələri sadalayın.

  6. Maastrix müqaviləsinin Avropa İttifaqı inteqrasiyası prosesində əhəmiyyətini və rolunu şərh edin.

  7. Avropa İttifaqının enerji siyasətinin başlanğıcını qoymuş müqavilələri sadalayın.

  8. Avropa İttifaqının iqtisadiyyatı üçün “vergi koordinasiyası” anlayışını izah edin.

  9. İdxal mallarına qarşı Avropa İttifaqında tətbiq olunan qorumacılıq tədbirlərini açıqlayın.

  10. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında potensial təchizatçı kimi Azərbaycanın rolunu şərh edin.

  11. Amsterdam müqaviləsinin Avropa İttifaqının inkişafındakı əhəmiyyətini izah edin.

  12. Avropa İttifaqı çərçivəsində enerji resurslarının əsas ixracatçı, idxalatçı və tranzit ölkələrini müəyyənləşdirin.

  13. Avropa İttifaqının iqtisadiyyatı üçün “vergi harmonizasiyası” anlayışını izah edin.

  14. Avropa İttifaqının əsas ticarət tərəfdaşlarını sadalayın.

  15. Avropa İttifaqının Qafqaz və Xəzər regionunda strateji geosiyasi və geoiqtisadi maraqlarını şərh edin.

  16. Nitsa müqaviləsinin Avropa İttifaqının inkişafındakı əhəmiyyətini izah edin.

  17. Avropa İttifaqının enerji siyasətinin mahiyyətini və məqsədlərini açıqlayın.

  18. Avropa İttifaqının regional siyasətinin əsas məqsədlərini açıqlayın.

  19. Avropa İttifaqının MDB ölkələri arasında əsas tərəfdaşları hansılardır?

  20. Avropa İttifaqının Azərbaycanla bağlı çoxtərəfli şəbəkə layihəsi olan İNOGATE layihəsinin məzmununu açıqlayın.

  21. Lissabon müqaviləsinin Avropa İttifaqının inkişafındakı əhəmiyyətini izah edin.

  22. Avropa İttifaqının nəqliyyat kompleksi inkişafının əsas problemlərini şərh edin.

  23. Avropa İttifaqının regional siyasətinin əsas prinsiplərini açıqlayın.

  24. Avropa İttifaqının (Aİ) MDB ilə əlaqələri hansı Aİ konsepsiyaya əsaslanır?

  25. Avropa İttifaqının enerji sektorunda Azərbaycanla reallaşdırılmış əməkdaşlıq layihələrini sadalayın.

  26. Avropa inteqrasiyasının inkişafı prosesində ilk olaraq hansı ittifaq təsis olunmuşdur? Bu ittifaqın təsisçi ölkələrini və ittifaqın quruluş məqsədlərini müəyyənləşdirin.

  27. “Vahid transavropa nəqliyyat sisteminin yaradılması” üzrə Avropa İttifaqının nəqliyyət siyasəti konsepsiyasını açıqlayın.

  28. Avropa İttifaqının regional siyasəti çərçivəsində maliyyə yardımının əsas alıcıları olan ölkə və regionları sadalayın.

  29. Almaniyada sosial bazar iqtisadiyyatının təkamülü prosesini açıqlayın.

  30. Avropa İttifaqının Azərbaycanla bağlı çoxtərəfli şəbəkə layihəsi olan TRASECA layihəsinin məzmununu şərh edin.

  31. Avropa İttifaqı çərçivəsində qanunvericilik, icra və məhkəmə funksiyalarını həyata keçirən idarəetmə orqanlarını sadalayın. Avropa İttifaqının bu institutları və idarəetmə orqanlarının digər beynəlxalq təşkilatlardan fərqini müəyyənləşdirin.

  32. Avropa İttifaqının innovasiya siyasətinin formalaşdırılmasında təşkilati və institusional özəllikləri xarakterizə edin.

  33. Avropa İttifaqının regional siyasətinin əsas təkamül mərhələlərini göstərin.

  34. Böyük Britaniya Krallığının Avropa valyuta ittifaqına daxil olmaması və vahid avropa valyutasına keçməkdə istəkli olmamasının səbəblərini şərh edin.

  35. Avropa Komissiyasının Tvinninq proqramının mahiyyətini izah edin.

  36. Avropa Parlamentinin Avropa İttifaqı çərçivəsində qərarların qəbulundakı rolunu şərh edin.

  37. Avropa İttifaqının innovasiya siyasətinin prioritetlərini, əsas mexanizmi və alətlərini açıqlayın.

  38. Avropa İttifaqının pul-kredit siyasətinin mahiyyətini izah edin.

  39. İspaniya və Portuqaliyanın Avropa İttifaqına daxil olmaqla əldə etdikləri üstünlükləri müəyyənləşdirin.

  40. Avropa Qonşuluq Siyasətinin tərəfdaş ölkələr üçün əhəmiyyətini şərh edin.

  41. Avropa İttifaqının əsas institut və idarəetmə orqanlarını, onların funksiyalarını sadalayın.

  42. Avropa İttifaqının üzv ölkələri arasında innovativ inkişafın qeyri-bərabərliyi məsələsini şərh edin.

  43. Avropa valyuta inteqrasiyasının müasir problemlərini müəyyən edib şərh edin.

  44. Şengen müqaviləsi nədir? Müqavilənin mahiyyət və məzmununu izah edin.

  45. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında “Şərq Tərəfdaşlığı” təşəbbüssünün mahiyyətini izah edin.

  46. Digər inteqrasiya birlikləri ilə müqayisədə Avropa İttifaqının dünya iqtisadiyyatındakı yeri və rolunu açıqlayın.

  47. Avropa İttifaqının vahid aqrar siyasətinin əsas məzmunu açıqlayın.

  48. Avropa İttifaqının rəqabət siyasətinə istinadən regional təsərrüfat subyektinin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edəcək amilləri xarakterizə edin.

  49. Avropa Mərkəzi Bankının funksiyaları və fəaliyyət istiqamətlərini müəyyənləşdirin.

  50. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin mahiyyətini izah edin.

  51. XXI əsrin əvvəllərində Avropa İttifaqı iqtisadiyyatında baş vermiş kəmiyyət və keyfiyyət dəyişikliklərini müəyyənləşdirin.

  52. Avropa İttifaqının aqrar-sənaye kompleksi, onun strukturu, məqsəd və vəzifələrini açıqlayın.

  53. Avropa Valyuta İttifaqının əsas struktur elementlərini sadalayın.

  54. Avropa İttifaqının ümumi maliyyə planı çərçivəsində tərtib olunmuş Delor Komitəsi məruzəsinin mahiyyətini izah edin.

  55. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında reallaşdırılmış TACİS proqramının məzmun və mahiyyətini açıqlayın.

  56. Avropa İttifaqının Lissabon strategiyasının başlıca prioritetlərini açıqlayın.

  57. Avropa kənd təsərrüfatı modelinin fərqləndirici özəlliklərini xarakterizə edin.

  58. Avropa İttifaqının ümumi maliyyə planı çərçivəsində təklif olunmuş Verner planının mahiyyətini izah edin.

  59. Benilüks Gömrük İttifaqının fəaliyyətini şərh edin.

  60. Avropa Qonşuluq Siyasətinin mahiyyətini izah edin.

  61. Avropa İttifaqının davamlı inkişaf strategiyası

  62. Avropa İttifaqında kiçik biznesin inkişafı dəstəklənməsi

  63. Avropa İttifaqının nəqliyyat siyasətinin əsas istiqamətləri

  64. Azərbaycan -Avropa İttifaqı əməkdaşlığının inkişaf mərhələləri

  65. Avropa İttifaqının genişləndirilməsinin əsas şərtləri və perspektivləri

  66. Almaniya iqtisadiyyatının xarakterik cəhətləri

  67. Avropa İttifaqında innovasiya sisteminin formalaşdırılması üçün həyata keçirilən tədbirlər

  68. Avropa İttifaqında kənd təsərrüfatının inkişafında kontraktasiya sistemi

  69. Avropa İttifaqının sənaye siyasətinin strukturunun optimallaşdırılması

  70. Avropa İttifaqının enerji siyasətinin əsas məqsədləri

  71. Avropa İttifaqının nəqliyyat problemləri

  72. Avropa İttifaqının innovasiya sisteminin ümumi xarakteristikası

  73. Avropa İttifaqının innovasiya siyasətinin reallaşdırılmasında Avropa Komissiyasının rolu

  74. Böyük Britaniyanın xarici ticarət və iqtisadi əlaqələri

  75. İtaliyanın xarici iqtisadi fəaliyyəti

:

application -> uploads -> 2015
2015 -> Mövzu İstehlakçi davranişinin təDQİQİ İstehlakçı davranışı nəzəriyyələri
2015 -> Biznesdə İŞGÜzar üNSİYYƏT imtahan sualları(QIŞ2016)
2015 -> 4 İstehlakçının davranış reaksiyası və onun növləri Koqnitiv reaksiyanın öyrənilməsi Emosional reaksiyanın ölçülməsi
2015 -> Mövzu logiSTİkanin nəZƏRİ-metodoloji Əsaslari plan
2015 -> İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq
2015 -> Ekonometriya” ixtisası üzrə suallar
2015 -> Mövzu Alıcının davranış reaksiyasının tədqiqi İstehlakçının davranış reaksiyası və onun növləri
2015 -> B axiş Testlər /3723#01#Y15#01 500/Baxış t est : 3723#01#Y15#01 500


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


2-3--dajin-nimge.html

2-3--denezhnaya-reforma-i.html

2-3--diagnostika-riska.html

2-3--dihatelnaya.html

2-3--dopolnitelnie-vidi--.html