1 ... 8 9 10 11 12 13 14 15 ... 28

Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan - səhifə 12

səhifə12/28
tarix14.02.2018
ölçüsü0.54 Mb.

iştirakçıları üçün dövlət tərəfindən təmin olunmalıdır. Mitinq və küçə yürüşlərinin keçirilməsilə 

əlaqədar təcrübədə meydana çıxan çətinliklər nəzərə alınaraq dövlətə nümayişlərin keçirilməsi üçün 

icazənin verilməsi, orada polis müdafiəsinin təşkili və s. bu kimi müəyyən tədbirlər görmək imkanı 

verilmişdir. 

 

Konstitusiyada bu hüquq "sərbəst toplaşmaq azadlığı" adı altında 49-cu maddədə təsbit 

olunmuşdur. Həmin maddənin birinci hissəsində sərbəst toplaşmaq azadlığı ehtiva olunur, ikinci 

hissədə isə qanunverici "sərbəst toplaşmaq azadlığına" anlayış verməyə cəhd edir: "Hər kəsin 

başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız 

yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ 

vardır". Sitat gətirilən mətndə "dövlət orqanlarını qabaqcadan xəbərdar etmək" ifadəsi müvafiq 

beynəlxalq standartda bilavasitə nəzərdə tutulmasa da, Komissiya və Məhkəmə tərəfindən 

Konvensiyanın 11-ci maddəsinin tətbiqi zamanı verilən təfsirlərdə belə hal bu hüququn 

məhdudlaşdırılması kimi qiymətləndirilmir. Bir şərtlə ki, qabaqcadan xəbərdar etmə və ya nəzərdə 

tutula biləcək digər şərtlər Konvensiyanın 11-ci maddəsinin ikinci bəndində göstərilən hallardan 

irəli gəlsin. Həmin hallar birbaşa Konstitusiyada nəzərdə tutulmasa da, bu azadlığın həyata 

keçirilməsilə bağlı münasibətləri tənzimləyən Sərbəst toplaşmaq azadlığı haqqında Qanunda öz 

əksini tapmışdır. Qanunun 1-ci maddəsində göstərilir ki, həmin Qanun sərbəst toplaşmaq 

azadlığının məhdudlaşdırılmasına yönəlib. Qeyd edilməlidir ki, bu norma öz-özlüyündə 

Konstitusiyaya ziddir və adı çəkilən Qanunu antikonstitusion qanun kimi xarakterizə etməyə əsas 

verir. Belə ki, Konstitusiyanın 155-ci maddəsinə görə Konstitusiyanın 3-cü fəslində nəzərdə 

tutulmuş müddəaların məhdudlaşdırılması haqqında təkliflər, hətta, referenduma çıxarıla bilməz. 3-

cü fəsildə sərbəst toplaşmaq azadlığı da daxil olmaqla əsas insan hüquq və azadlıqlarından bəhs 

edilir. Bundan əlavə, Konstitusiyanın 71-ci maddəsinin üçüncü hissəsinə görə yalnız müharibə, 

hərbi vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının 

həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə 

qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Belə olan təqdirdə parlament tərəfindən hər hansı bir 

azadlığın, o cümlədən sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına yönələn normaların 

qəbul edilməsi hüquqi "nonsens"dir.11 

 

 

2.3.3. Assosiasiyalar azadlığı və ya birləşmək hüququ 

 

Konvensiyada yığıncaqlar azadlığı ilə bir maddədə təsbit edilən assosiasiyalar azadlığı bir sıra digər 

hüquqlarla da sıx əlaqəlidir12. 

 

Komissiya və Məhkəmə təcrübəsinə görə, assosiasiya daha cox iki əlamətlə: "könüllülük" və 

"ümumi məqsədə" malik olma ilə xarakterizə olunur. Assosiasiyaya ümumi məqsədə nail olmaq 

üçün könüllü birlik kimi anlayış verilir. Deməli, hər hansı birliyə üzv olmağa məcbur etmək bu 

azadlığın Konvensiya ilə müəyyən edilən çərçivəsindən kənara çıxır. 

 

Qeyd edilməlidir ki, assosiasiyanın konkret növü kimi daha çox həmkarlar ittifaqı üzərində 

dayanırlar. Məhkəmə belə qənaətə gəlmişdir ki, Konvensiyanın 11-ci maddəsi dövlətdən həmkarlar 

ittifaqı ilə müəyyən münasibətlər qurmağı tələb etmir. Dövlət belə assosiasiyalar ilə əlaqələr 

qurmağın özünəməxsus yolunu seçməkdə və ya ümumiyyətlə, belə əlaqələr qurmaqda sərbəstdir. 

Belçika Polisin Mili Şurası Belçikaya qarşı (1975-ci il) işdə ərizəçi - həmkarlar ittifaqı göstərmişdir 

ki, Belçika hökuməti ölkənin digər həmkarlar ittifaqları ilə məsləhətləşmələr apardığı halda, onları 

məsləhətləşmələrdən kənarlaşdırmış, bununla da onlara münasibətdə Konvensiyanın 11-ci 

 

27


maddəsinin tələblərini pozmuşdur. Məhkəmə müəyyən etmişdir ki, 11-ci maddə həmkarlar ittifaqı 

yaratmaq və ona üzv olmaq hüququnu təsbit edir, lakin hökumətlə konkret münasibətlər qurmaq 

hüququnu nəzərdə tutmur. 

 

Şmidt və Dalstrem İsveçə qarşı (1976-cı il) işdə isə Məhkəmə tətil hüququna münasibət 

bildirmişdir. Orada deyilir ki, 11-ci maddəyə zidd olmayan hallarda öz təşkilatının köməyi ilə 

özünün professional maraqlarını müdafiə etmək həmkarlar ittifaqı yaratmaq və ona üzv olmaq 

hüququnun tərkib hissəsidir. Tətil hüququ da bu məqsədin həyata keçirilməsinin heç də müstəsna 

olmayan vasitələrindən biridir. 

 

Assosiasiyalar azadlığı və ya birləşmək hüququ Konstitusiyanın 58-ci maddəsində müvafiq Avropa 

standartlarına tamamilə uyğun olaraq təsbit edilmişdir. Həmin maddəyə görə, hər kəs istənilən 

birlik, o cümlədən, siyasi partiya, həmkarlar ittifaqı və digər içtimai birlik yaratmaq və ya mövcud 

birliyə daxil olmaq hüququna malikdir, bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir, heç kəs 

hər hansı birliyə daxil olmağa  və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz və s. 

Konstitusiyada tətil hüququ ilə bağlı da ayrıca maddə vardır. 

 

Məhkəmə təcrübəsinə görə birləşmək hüququnun tərkib hissəsi hesab edilən və professional 

maraqların müdafiə vasitəsi kimi qiymətləndirilən tətil hüququ Konstitusiyanın 36-cı maddəsində 

təsbit olunub. 

 

Konstitusiyada bu hüquqları sadalamaqla kifayətlənməyən Azərbaycan qanunvericisi onların 

həyata keçirilməsini tənzimləyən bir sıra sənədlər,  o  cümlədən, Siyasi partiyalar haqqında 1992-ci 

il iyunun 3-də, Qeyri-hökumət təşkilatları (içtimai birliklər və fondlar) haqqında 2000-ci il iyunun 

13-də, Həmkarlar ittifaqı haqqında 1994-cü il fevralın 24-də qanunlar qəbul etmişdir. 

 

 

 

2.3.4.Azad seçki hüququ 

 

Azad seçki hüququ insan hüquqları sahəsində əsas Avropa standartlarından biri olmaq etibarılə 

özünün ifadəsini Konvensiyaya əlavə edilən 1 saylı Protokolun 3-cü maddəsində tapmışdır. Orada 

qanunvericilik hakimiyyətinin seçkisində müntəzəmliyi, xalqın azad iradə ifadəsini təmin edən, 

gizli səsvermə yolu ilə azad seçkilərin keçirilməsi bir pozitiv öhdəlik kimi Konvensiyanı 

ratifikasiya edən dövlətin üzərinə qoyulur. 

 

Əvvəla, azad seçkilər və məntiqə uyğun olaraq (və ya ağlasığan vaxtda) müntəzəm keçirilən 

seçkilər nəticəsində formalaşan nümayəndəli qanunverici orqanın mövcudluğu müasir demokratik 

cəmiyyətin ən zəruri elementlərindən biridir. Komissiya və Məhkəmə təcrübəsində də azad seçki 

hüququnun əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmışdır. 

 

İkincisi, nəzərə alınmalıdır ki, qeyd edilən maddənin təsir dairəsinə yalnız qanunvericilik 

hakimiyyətinin formalaşması ilə bağlı keçirilən seçkilər düşür. 6745 və 6746 saylı petisiyalara 

Komissiya şərh verərkən göstərmişdir ki, "qanunvericilik hakimiyyəti" anlayışı hər bir razılığa 

gələn dövlətin daxili qanunvericiliyi ilə müəyyən edilmişdir. Konkret dövlətə münasibətdə bunu 

müəyyən etmək o qədər də çətin deyildir. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 81-

ci maddəsinə görə, Azərbaycan Respublikasında qanun-vericilik hakimiyyətini Azərbaycan 

 

28



:

files -> books -> file
file -> Kendi Kendine
file -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
file -> MahirəNərimanqızı
file -> Qarabağ müharibəsi (Qısa tarix)
file -> Alfred Besterdən “Qoca” əsəri
file -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
file -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
file -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli
file -> İŞ axtaran gəncləR ÜÇÜn yaddaş Kİtabçasi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


2-3--hilton-hotels.html

2-3--impactul-schimbrii.html

2-3--instrumentos-de.html

2-3--istochniki.html

2-3--izmeneniya.html