1 ... 20 21 22 23 24 25 26 27 28

Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan - səhifə 23

səhifə23/28
tarix14.02.2018
ölçüsü0.54 Mb.

Bundan sonra onlar birbaşa Məhkəməyə şikayət vermək və Məhkəmə qarşısında şəxsən dayanmaq 

hüququ qazanırlar. Qeyd edilən prosedur qeydalarla əlaqədar Məhkəmə 1994-1998-ci illər ərzində 

iki reqlametlə fəaliyyət göstərməyə məcbur olmuşdur. A reqlamenti 9 saylı Protokolu ratifikasiya 

etməyən dövlətə qarşı qaldırılan fərdi şikayətlərə tətbiq edilmiş, B reqlamenti isə artıq 9 saylı 

Protokolu ratifikasiya etmiş dövlətlərə münasibətdə işlənmişdir1. 

 

Artıq 90-cı illərin əvvəllərində məlum oldu ki, hətta 9 saylı Protokolla müdafiə mexanizminə edilən 

dəyişiklik günün tələbləri səviyyəsinə cavab vermir və onun ciddi şəkildə təkmilləşdirilməsinə 

zərurət vardır. Hələ 1992-ci ildə Avropa Şurasının Parlament Assambleyası Konvensiyanın nəzarət 

mexanizmində kordinal dəyişikliklərin zəruriliyini vurqulayan tövsiyə qəbul edir. Bu haqda qərar 

isə 1993-cü ildə Avropa Şurası çərçivəsində ilk dəfə yüksək səviyyədə keçirilən dövlət və hökumət 

başçılarının Vyana görüşündə qəbul edilir. 

 

14 may 1994-cü ildə "Konvensiyaya üyğun olaraq yaradılan nəzarət mexanizminin yenidən təşkili 

haqqında" 11 saylı Protokol imzalanır. Adından göründüyü kimi, 11 saylı Protokol Konvensiyanın 

nəzarət mexanizmi olan Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətilə əlaqədar ciddi 

islahatların həyata keçirilməsini nəzərdə tuturdu. Protokolun qüvvəyə minməsi üçün dörd ildən 

artıq vaxt tələb olunmuş və ən nəhayət, 01 noyabr 1998-ci ildən tətbiq olunmağa başlanmışdır. 

Həmin tarixdən etibarən Məhkəmə yeni qəbul edilmiş Reqlament əsasında fəaliyyət göstərir. 

 

11 saylı Protokol nəinki Məhkəmənin, hətta, Avropa Şurasının tarixində mühüm hadisə kimi 

dəyərləndirilir2. Həmin Protokola əsasən, Konvensiyanın mətni ciddi dəyişikliyə uğramış, orada 

Komissiyanın fəaliyyətini tənzimləyən üçüncü bölmə qüvvədən düşmüş, ikinci və dördüncü 

bölmələrə əhəmiyyətli dəyişikliklər edilmişdir. Potokolda  qəbul edilən əlavə ilə Konvensiyanın və 

ona əlavə edilən insan hüquqlarının dairəsinin genişləndirilməsilə əlaqədar olan 1, 4, 6 və 7 saylı 

Protokolların maddələrinin konkret adları formulə edilir. 

 

Aparılan islahatlar nəticəsində Avropa İnsan Hüquqları Komissiyasının fəaliyyətinə xitam verilir və 

Məhkəmə vahid nəzarət mexanizminə çevrilir. İndiyə qədər Konvensiyanın nəzarət mexanizmində 

demək olar ki, Məhkəmə ilə bərabər funksiyalara malik olan Avropa Şurası Nazirlər  Komitəsinin 

bu istiqamətdə bütün səlahiyyətləri ləğv edilir. Nəticədə Məhkəmə daimi əsaslarla fəaliyyət 

göstərən bir orqana çevrilir. 

 

Konvensiyanın müdafiə mexanizmində aparılan keyfiyyət dəyişikliyi ilə əlaqədar Məhkəmənin 

özünün strukturunda və prosedur qaydalarında da köklü dəyişikliklər baş verir. 

 

Bu gün Məhkəmənin yurisdiksiyası Avropa Şurasının üzvü olan 43 dövlətə şamil edilir. Coğrafi 

baxımdan həmin ərazi tək Avropanı deyil, həm də Rusiya və Türkiyə dövlətlərinin hesabına Asiya 

qitəsinin də xeyli hissəsini əhatə edir. 800 milyonluq əhalinin yaşadığı bu məkanda hər bir kəsin 

Avropa Məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkəmənin daimi artan nüfuzu, onun 

Avropa məkanında oynadığı rol və digər amillər bir daha təsdiq edir ki, 11 saylı Protokolla aparılan 

islahatlar belə mütləq deyildir və Konvensiyanın nəzarət mexanizminin dövrün tələbləri 

baxımından gələcəkdə təkmilləşməsi istisna olunmur. 

 

    

3.2. Məhkəmənin tərkibi və quruluşu 

 

 

49

Konvensiyanın hazırda qüvvədə olan redaksiyasının 19-cu maddəsində deyilir ki, "razılığa gələn 

Yüksək Tərəflər Konvensiya və onun Protokolları ilə öz üzərinə götürdükləri öhdəliklərə riayət 

etmək məqsədilə Avropa İnsan Hüquqları M?hk?m?sini... təsis edirlər. Məhkəmə daimi əsaslarla 

fəaliyyət göstərir". Tərkib etibarı ilə Məhkəmə hakimlərdən ibarətdir. Konvensiyanın 20-ci 

maddəsinə görə, hakimlərin sayı razılığa gələn Yüksək Tərəflərin sayına bərabərdir. Əgər nəzərə 

alsaq ki, Konvensiyaya qoşulmaq hazırda Avropa Şurasına üzv olmağın həlledici şərtlərindən 

biridir, onda deyə bilərik ki, hakimlərin sayı Avropa Şurasına üzv olan dövlətlərin sayına 

bərabərdir. Yeri gəlmişkən, Konvensiyanın 11 saylı Protokola qədərki redaksiyasında hakimlərin 

sayının Avropa Şurasına üzv olan dövlətlərin sayına bərabər olması birbaşa göstərilirdi (m. 39). 

 

Məhkəmə dövlətüstü qurum kimi xarakterizə edilir3. Bununla əlaqədar olaraq Konvensiya 

Məhkəmədə hakimlik statusu ilə bağlı ciddi tələblər irəli sürür. Konvensiyanın 21-ci maddəsinin 

birinci hissəsində deyilir:  

"Hakimlər yüksək mənəvi keyfiyyətlərə malik olmalı və yüksək məhkəmə vəzifələrinə təyin 

olunarkən qoyulan tələblərə cavab verməli və ya tanınmış nüfuzlu hüquqşünaslar olmalıdırlar". 

 

Maddənin mətninin təhlili belə nəticə çıxarmağa əsas verir ki, keçmişdəki statusundan asılı olaraq 

Məhkəmədə hakimlik üçün hüquqşünasa iki tələb qoyulur. Birincisi, belə hüquqşünas hər bir halda 

yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır; ikinci tələb isə onun fəaliyyət göstərdiyi sfera ilə 

bağlıdır. Əgər o, milli məhkəmələrdə və ya digər hüquq-mühafizə orqanlarında çalışıbsa, yüksək 

məhkəmə vəzifələrinə təyin olunarkən qoyulan tələblərə cavab verməlidir. Azərbaycan 

Respublikasının Konstitusiyasının 126-cı maddəsinə əsasən belə tələblərə aşağıdakılar aid edilir: 

"Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və 

hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşları hakim ola 

bilərlər". 

 

Seçkilərdə iştirak etmək hüququ ilə bağlı da Konstitusiyanın   56-cı maddəsində xüsusi norma 

nəzərdə tutulub. Orada deyilir ki, "Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş 

şəxslərin seçkil?rd?... iştirak etmək hüququ yoxdur". Bundan əlavə, "hərbi qulluqçuların, ...dövlət 

məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan 

məhrum edilmiş ş?xsl?rin... seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər". 

 

Konstitusiyanın 126-cı maddəsində nəzərdə tutulan digər tələblər isə (yaş, təhsil, ixtisası üzrə 

işləmək və s.) öz-özlüyündə aydın məsələlərdir. 

 

Keçmiş fəaliyyəti pedaqoji və elmi işlə əlaqədar olan  hüquqşunaslara isə ikinci tələb kimi 

"tanınmış və nüfuzlu" olması göstərilir. 

 

Qeyd edilən mənəvi və peşəkarlıq şərtlərilə yanaşı, hakimliyə namizədlər bir sıra digər tələblərə də 

cavab verməlidirlər:  

1) Onlar Avropa Şurasının, o cümlədən, Məhkəmənin rəsmi dilləri hesab edilən ingilis və fransız 

dillərindən birini sərbəst bilməlidirlər. 

 

2)  Onlar hakim seçildikləri dövr ərzində 70 yaş həddini aşmamalıdırlar. 

 

    Məhkəməyə hakimlər Avropa Şurasının Parlament Assambleyasında seçilirlər. Konvensiyanın 

22-ci maddəsinə görə: "Hər bir razılığa gələn Yuksək Tərəf üzrə hakim, razılığa gələn Yuksək 

Tərəfin təqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir". 

 

50


:

files -> books -> file
file -> Kendi Kendine
file -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
file -> MahirəNərimanqızı
file -> Qarabağ müharibəsi (Qısa tarix)
file -> Alfred Besterdən “Qoca” əsəri
file -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
file -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
file -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli
file -> İŞ axtaran gəncləR ÜÇÜn yaddaş Kİtabçasi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


2-3--kontrol-kachestva--.html

2-3--kratkaya.html

2-3--ktaphana-zharnamasin.html

2-3--laktat--acidoz-.html

2-3--leumettk-salalara.html