1 ... 127 128 129 130 131 132 133 134 ... 206

Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ - səhifə 131

səhifə131/206
tarix23.01.2018
ölçüsü4.15 Mb.

267 

 

ibarət olan qədim Əskipara kəndinin ərazisində XIV əsrə aid Ģəhər və ikicərgəli 

qala  divarının  xarabalıqları  var.  Tədqiqatçılara  görə,  Qafqaz  Albaniyasının 

qədim  Xalxal  Ģəhəri  burada  olmuĢdur.  Toponim  əski  (köhnə,  qədim)  və  para 

(hissə, kənd) komponentlərindən düzəlib, "köhnə kənd" mənasındadır. 

Əspərəsti 

bax: Asparosti. 

Əsrik 

hidr., sadə. Tovuz r-nu ərazisində çay. Axınca çayının qoludur. 

Mənbəyini  ġahdağı  silsiləsinin  c.  yamacından  (1750  m.  hündürlükdən)  alır. 

Çaydan  suvarma  və  dəyirmanların  hərəkətə  gətirilməsi  üçün  istifadə  olunur.  Əsrik qədim türk dillərində "coĢqun, kükrəyən; sərxoĢ" mənalarında olub, çayın 

sürətli axınını əks etdirir. 

Əsrik  

oyk,  sadə.  Kəlbəcər  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir. XX əsrin əvvəllərində r-nun ərazisində Böyük Əsrik və Kiçik Əsrik 

adlı  iki  kənd  qeydə  alınmıĢdır.  Yerli  əhalinin  məlumatına  görə,  yaĢayıĢ 

məntəqəsini  keçmiĢdə  Tovuz  r-nunun  Əsrik  Cırdaxan  kəndindən  köçüb  gəlmiĢ 

dörd ailə salmıĢdır. 

Əsrik  Cırdaxan  

oyk,  mür.  Tovuz  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Əsrik  çayının  sahilində,  dağətəyi  ərazidədir.  Oykonim  "Əsrik  çayı  kənarındakı 

Cırdaxan kəndi" mənasındadır. 

ƏĢlə

 bax: EĢlə. 

Ətcələr  

oyk,  sadə.  1.  Cəlilabad  r-nunun  Qülməmmədli  i.ə.v.-də  kənd. 

Burovar  silsiləsinin  ətəyindədir;  2.  Masallı  r-nunun  ġərəfə  i.ə.v.-də  kənd. 

Lənkəran ovalığındadır; 3. Sabirabad r-nunun HaĢımxanlı i.ə.v.-də kənd. Muğan 

düzündədir. YaĢayıĢ məntəqəsi XIX əsrdə Abdulyan kəndindən çıxmıĢ bir qrup 

ailənin  məskunlaĢması  nəticəsində  yaranmıĢdır.  Tədqiqatçıların  fikrincə, 

oykonim Azərb. ərazisində yaĢamıĢ atçılar adlı tayfanın adının təhrif formasıdır. 

Etnotoponimdir. 

Ətyeməzli 

bax: Atyeməzli. 

Əvəcük  

oyk,  düz.  Qusar  r-nunun  Köhnə  Xudat  i.ə.v.-də  kənd.  Qusar 

maili  düzənliyindədir.  Tədqiqatçıların  fikrincə,  toponim  ova  (türk  dillərində 

"düzən")  və  -cıq  kiçiltmə  bildirən  Ģək.-dən  ibarət  olub  "kiçik  düzən  yer" 

mənasındadır.  Kəndin  adının  əvə/yivə  tayfa  adına  -cük  Ģək.-sini  artırmaqla 

yarandığını da ehtimal etmək olar. 

Əvcədulan  

oyk,  mür.  Yardımlı  r-nunun  Vərgədüz  i.ə.v.-də  kənd. 

PeĢtəsər silsiləsinin ətəyindədir. Oykonim monqol iĢğalları dövründə (XIII əsr) 

Azərb.-na  köçürülmüĢ  türkdilli  dolon  tayfasının  adı  ilə  bağlıdır.  Oykonimin 

birinci  komponenti  əvçə  Lənkəran  zonasında  "ailə,  qohum,  nəsil"  mənasında 

iĢlənən  əvləd  sözündəndir.  Beləliklə,  Əvcədulan  "dolonlar,  dolon  nəsli" 

deməkdir. 

Əvcədulan  

hidr.,  sadə.  Yardımlı  r-nu  ərazisində  göl.  Eyniadlı  kəndin 

ərazisində yerləĢdiyi üçün belə adlandırılmıĢdır. 



268 

 

Əvəyil  

or.,  mür.  Lerik  r-nunda  dağ.  Azərb.  dilinin  dialektlərində  əvə 

"ĢiĢ,  yumru"  və  yil/il  "tirə"  mənalarında  iĢlənir.  Oronim  "baĢı  ġiĢ,  yumru  dağ 

tirəsi" deməkdir. 

Əvilə  

oyk,  sadə.  Lerik  r-nunun  Livədirqə  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir.  Yerli  əhalinin  məlumatına  görə,  oykonim  talıĢ.  "qıjı"  və  ya 

"ayıdöĢəyi" bitkisinin adı olan əvilə sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə 

talıĢ dilində "toplu, çoxluq, cəmlik" mənalarını bildirir. 

Əyərək

  oyk,  sadə.  Laçın  r-nunun  Köhnəkənd  i.ə.v.-də  kənd.  Qarabağ 

silsiləsinin  yamacındadır.  Əyrik,  Əkərək,  Aqaraq,  Akarak  variantlarında  da 

qeydə  alınmıĢdır.  Tədqiqatçıların  fikrincə,  oykonim  mənĢəcə  Ģumer  dilinə  aid 

olan  aqar/akar  (əkin  yeri,  əkilən  sahə)  sözü  ilə  bağlı  olub,  "sahibkar  mülkü", 

"sahibkar təsənüfatı" mənasındadır. 

Əyin  

oyk,  sadə.  Qubadlı  r-nunun  Çardaxlı  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir.  R-nun  ərazisindəki  Səngər  dağı  keçmiĢdə  Əyin  dağı  adlanırdı.  Dağ 

öz  adını  buradakı  bulağın  adından  almıĢdır.  Əyin  sözü  eyn  (ər.  "göz,  bulaq, 

çeĢmə")  sözünün  təhrif  olunmuĢ  formasıdır.  YaĢayıĢ  məntəqəsi  keçmiĢ  Hacılı 

kəndindən  köçmüĢ  ailələrin  Əyin  dağının  ətəyində  məskunlaĢması  nəticəsində 

yaranmıĢdır, 

Əylis  

hidr.,  sadə.  Ordubad  r-nu  ərazisində  çay.  Arazın  sol  qoludur. 

Mənbəyini  Zəngəzur  silsiləsinin  c.-q.  yamacından  (Dabaxlı-dağdan  3100  m. 

yüksəklikdən)  alır.  Çayda  güclü  sel  hadisələri  baĢ  verir.  Hidronim  Əylis  adlı 

qədim  yaĢayıĢ  məntəqəsinin  (indiki  AĢağı  Əylis  və  Yuxarı  Əylis)  adından 

yaranmıĢdır. 

Əyricə  

oyk,  düz.  Bərdə  r-nunun  Yeni  Əyricə  i.ə.v.-də  kənd.  Tərtər 

çayının sahilində, Qarabağ düzündədir. Əsli Ayrıcadır. Kəndin ərazisi Ağdam r-

nunun  Xıdırlı  kəndinə  məxsus  əkin  yeri  olmuĢdur.  YaĢayıĢ  məntəqəsi  həmin 

kənddən  çıxmıĢ  ailələrin  ayrılaraq  əkin  yerində  məskunlaĢması  nəticəsində 

yaranmıĢdır. Ayrıca "kənddən ayrılmıĢ, xüsusi icma təĢkil etmiĢ" deməkdir. 

ƏyriçalaĢor  

hidr.,  mür.  AbĢeron  yarımadasının  q.  hissəsində  Ģor  sulu 

göl. Xırdalan qəsəbəsinin q.-indədir. Əyri formalı çalada (çökəklikdə) yerləĢdiyi 

üçün  göl  belə  adlandırılmıĢdır.  Şor  komponenti  AbĢeron  göllərinin  adları  üçün 

xarakterik olub, "göl" mənasındadır. 

Əyriçay 

hidr., mür. 1. Oğuz, ġəki və Qax r-nları ərazisində çay. Qanıx 

çayının  sol  qoludur.  Yuxarı  hissəsində  DaĢağıl  adlanır.  Böyük  Qafqazın  c. 

yamaclarından axan KiĢ, Murdal, ġin, Küngüt və s. dağ çaylan bu çaya tökülür. 

Ġlk  dəfə  VII  əsrə  aid  mənbələrdə  Kri  adı  ilə  qeydə  alınmıĢdır;  2.  Ġsmayıllı  r-

nunda  çay.  Göyçay  çayının  sol  qoludur.  Mənbəyini  BaĢ  Qafqaz  silsiləsinin  c. 

ətəyindən (720  m.  yüksəklikdən) alır. Hidronimlər çayların əyri formada qərbə 

tərəf axması ilə bağlı olaraq yaranmıĢdır. 

Əyridağ  

or.,  mür.  Ordubad  r-nunda  dağ.  Relyef  quruluĢuna  görə 

adlandırılıb. 



:

pars docs -> refs
refs -> Dos. N. Z.Çələbiyev
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 10. Depresiya və postravmatik stresslər
refs -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
refs -> O zbek iston respublikasi oliy va 0 ‘rta maxs*js ta’lim vazirligi
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev
refs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
refs -> Dərman vasitəsinin istifadəsi üzrə təlimat
refs -> Karakalpak tüRKÇESİndeki tip terimleri
refs -> Sayıqlama ideyaları neçə qurupa bölünür?
refs -> Duman paranoya mp3 indir boxca


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ahhseynova-sevinc-asif-qz-18.html

ahhseynova-sevinc-asif-qz-22.html

ahhseynova-sevinc-asif-qz-27.html

ahhseynova-sevinc-asif-qz-31.html

ahhseynova-sevinc-asif-qz-6.html